İmmunitedi gücləndirən vasitələr

İmmunitedi gücləndirən vasitələr


Payız və qış aylarında havanın temperaturunun enməsi, yüksək rütubət və dəyişkən hava insanın immunitetini zəiflədərək onun orqanizmini xəstəliklərə qarşı daha dözümsüz edir. İmmun sisteminin möhkəmləndirilməsi orqanizmin sağlamlığı üçün əsas şərt olsa da, bəzi insanlar immunitetinin yüksəldilməsi üçün kortəbii şəkildə tədbirlər görürlər. Lakin onlar bu zaman nəzərə almırlar ki, kortəbii şəkildə görülən bu tədbirlər orqanizmdə, xüsusilə uşaqların orqanizmində hansı ağır fəsadlara yol aça bilər.
İmmun sisteminin orqanizm üçün ”yad”, təhlükəli hesab edilən substansiyaların tanınması və məhv edilməsi funksiyasını daşıdığını deyən həkim-konsultant Yazgül Abdiyeva Trend-ə bildirib ki, insan orqanizminin daxili mühitinin sabitliyini qorumaq üçün xüsusi hüceyrələr (anticisimciklər) mövcuddur. Onlar rastlaşdıqları hər bir hüceyrənin ”molekulyar pasportunu” yoxlayaraq “yad” hüceyrələri aşkarlayıb onları məhv edirlər: “İnsan iradəsindən asılı olmayaraq baş verən bu proses çox vacibdir. Çünki hər bir dəqiqə ərzində insan orqanizminə qida, hava, dəridəki mikroçatlardan və zədələnmiş sahələrdən müxtəlif zərərli mikroorqanizmlər (viruslar, bakteriyalar, göbələklər, toksinlər və s.) daxil olur. Bir çox hallarda onlar nəinki bizim sağlamlığımıza, hətta həyatımıza təhlükə yaradırlar”.

Həkimin sözlərinə görə, müxtəlif xəstəliklər, stresslər, natamam qidalanma, radiasiya, yaşın artması və bu kimi digər mənfi faktorların təsirindən orqanizmdə müəyyən pozulmalar baş verir ki, bunun nəticəsində immun sistemi müəyyən dərəcədə zədələnmiş olur. Bu isə “səhv” bölünmə nəticəsində yaranmış patoloji hüceyrələrin aşkar edilməməsi ehtimalını xeyli dərəcədə artırır. Bu “mutant-hüceyrə” bölünməyə başlayaraq özünə
[1] 2 3...5 >>
Cəmi 412 nəfər oxuyub
Bəyənən (67) | Bəyənməyən (74)
Dostlarınla Paylaş

Saytda 129 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024