Bu gün 6 məqalə əlavə olundu
Geniş Kitabxana
İmmunited və onun növləri
İmmunitet və onun növləri
İMMUN SISTEMI
13 okyabr 2010, 10:31
Bildiyimiz kimi, qanın hər bir formalı elementi və qan hüceyrələri orqanizmdə müəyyən bir funksiya yerinə yetirir. Bizə məlumdur ki, leykositlər orqanizmin mikroblardan, zəhərli maddələrdən və yad hüceyrələrdən qoruyur. Bir sözlə orqanizmin müdafiə sistemində iştirak edir. Böyük rus alimi İ.İ. Meçnikov müəyyənləşdirmişdir ki, leykositlər orqanizmdə müdafiə funksiya yerinə yetirir. Leykositlər orqanizmə daxil olan infeksion xəstəliklər törədən mikrobları udub, həll etməklə zərərsizləşdirir, nəticədə özləri də ölür və çirk əmələ gəlir. Bu proses faqositoz, leykositlər isə faqositlər adlandırılıb. Muçnikovun bu fikri immunitet təliminin əsasını qoydu. Bu kəşf bir çox keçirici xəstəliklərin qarşısının alınmasına, bəşətiyyəti qırğınlardan qurtaran peyvəndlənmə üsulunu yaratmışdı.
immunitet necə yaranırMəlumdur ki, orqanizmə düşən bakteriyalar düşdükləri yerə özlərindən toksin adlanan zəhərli maddələr buraxırlar. Orqanizm isə həmin toksinləri- zəhərləri neytrallaşdıran antitoksin hazırlayır. Bu antitoksinlərin bəziləri qanın tərkib elementi kimi illərlə orqanizmdə qalır və insanları həmin xəstəliklərə təkrarən tutulmasının qarşısını alır. Keçici xəstəliklərə qarşı orqanizmin müqavimətinin artması immunitet adlandırılmışdır. Immunitet latın sözü olub “immunis” sözündən götürülüb, xilas etmə, azad etmə deməkdir. Vaksin və zərdabları orqanizmə yoluxdurmaqla onda aktiv və yaxud passiv immunitet yaradılır ki, sonradan həmin orqanizm o xəstəliyə tutulmur.
Immunitetin iki növü var:
1.Anadangəlmə- növə məxsus olur.
2.Sonradan qazanılan- fərdə məxsus olur.
Anadangəlmə immunitet növün irsi əlamətidir. Məsələn:dovşan və yaxud it polimetit (uşaq paraloci) xəstəliyinə, insan isə iribuynuzlu qaramalın cuma xəstəliyinə tutulmur. Insanın xəstələnməməsinə səbəb onun qanında hazır antitellərin olmasıdır. Anadangəlmə immunitet uşağa valideynlərdən keçir. Digər hallarda isə immunitet insanın keçirdiyi yoluxucu xəstəliklərdən sonra yaranır. Bu qazanılmış immunitetdir. Qazanılmış immunitet 2 yerə bölünür: 1. Təbii 2. Süni.
Anadangəlmə və yaxud keçirilmiş xəstəlik nəticəsində qazanılmış immunitetə təbii immunitet deyilir. Təbii immunitet o vaxt əmələ gəlir ki, insan həmin xəstəliyi keçirir. Məsələn, insan uşaqlıqda qızılca, göy öskürək, su çiçəyi kimi xəstəliklərini keçirirsə, o bir daha həmin xəstəliyə tutulmur, çünki onun qanında həmin xəstəliyə qarşı xüsusi maddə-antitel əmələ gəlir. Bu antitel zülalı maddə olub, yad cisimləri (mikroorqanizmləri) və zəhəri zərərsizləşdirir.
Təbii passiv immunitet isə ananın qanı ilə plasenta vasitəsilə keçərək dölün qanına düşür və döldə əmələ gəlir. Passiv immunitet ananın südü ilə də keçə bilir. Məsələn, skarlatina, difteriya və s. Lakin 1-2 il keçdikdən sonra həmin antitellər dağılır, orqanizmdən tədricən çıxır və uşaq həmin xəstəliklərə tez 1 zamanda yoluxa bilir.
Süni aktiv immunitet sağlam adama və yaxud heyvana xəstəlik törədən mikroorqanizmlərin zəifləmiş kütləsini və yaxud mikrob zəhəri-toksinini yoluxdurduqdan sonra əmələ gəlir. Bu preparatın vaksinindən köçürüldükdən sonra həmin adam o xəstəliyə yüngül firmada tutulur, orqanizmdə antitel əmələ gəlir.
Süni passiv immunitet- orqanizmə xəstəliklərdən mikrob və onun zəhəri olan antitel və antitoksin olan zərdab köçürülür. Zərdabı başlıca immunlaşdırılmış at qanından alırlar. Passiv immunitet 1 aydan çox orqanizmdə qalmır, özünü orqanizmdə zərdabı köçürən kimi göstərir. Vaxtında zərdabı köçürülməsi 1 çox ağır xəstəliklərin tez 1 zamanda qarşısını alır. Əgər vaxtında zərdab vurulmazsa, insan xəstəliyə tutulduğu zaman orqanizm həmin xəstəliyə qarşı antitel hazırlaya bilmir və nəticədə ölür.
Uşaq orqanizminin immun reaksiyalarının formalaşması- Embrional inkişaf dövründə dölün orqanizmində antitellər formalaşmır. Ilk 3 aylıqda körpələr keçici xəstəliklərə tutulmur. Buna səbəb ana orqanizmindən alınan immun tellərdir. Anadan plasenta vasitəsilə antitel daşıyıcısı -qammaqlobulin dölə keçir. Antitellərin bəziləri isə süd vasitəsilə körpəyə çatır. Həmçinin bax immunitetin yaranma nəzəriyyələri
Orqanizm böyüdükcə onun immunoloji xüsusiyyəti formalaşmağa başlayır. 2-ci ilin sonunda 1 neçə immun cisimciyi əmələ gəlir. Müəyyənləşdirilib ki, kollektivdə böyüyən uşaqlarda immun reaksiyaları daha tez formalaşır. Buna səbəb isə, həmin uşaqlarda gizli immunlaşma ehtimalının çox olmasıdır. Sağlam uşağa xəstə uşaqdan xəstəlik törədicisinin zəif dozası düşür, sonra törədicilər ölür, uşaq isə xəstələnmir, ya da xəstəliyi zəif keçirir. Həmin dövrdə orqanizmdə bu xəstəliyə qarşı antitellər əmələ gəlir. 10 yaşlı uşaqlarda orqanizmin immun xüsusiyyəti yaxşı inkişaf edir. 10 yaşdan 40 yaşına qədər nisbi sabitlik dövrü olur. 40 yaşından sonra orqanizmin immun xüsusiyyəti azalır.
Orqanizmin immunitetinin formalaşmasında profilaktik peyvəndin rolu çox böyükdür. Bəzi xəstəlik törədicilərinə qarşı peyvənd və təkrar peyvənd-revaksinasiya vaxtı aşağıdakı kimidir.
1. Vərəmə qarşı anadan olandan 5-7 gün sonra təkrar peyvənd 7,12 və 17 yaşında
2. Polimelitə qarşı ilk dəfə 2 aylığında, revaksinasiya 1,2 və 3 yaşında, daha sonra 7 və 15-16 yaşında
3. Difteriya, göy öskürəyə qarşı ilk dəfə 5-6 aylığında, təkrar peyvənd 2-3 və 6 yaşında (məktəbə getməmişdən əvvəl)
4. Çiçəyə qarşı ilk dəfə 1-1,5 yaşında, təkrar peyvənd 8 və 15 yaşında
5. Qızılcaya qarşı ilk dəfə 10 aylığında, 8 yaşında isə peyvənd olunmamış qızılcaya tutulmamış körpələrin hamısına.
Cemi 41 nefer oxuyub
Beyen(10) | Beyenme(9)
Paylaş:
Qarışıq Məqalələr
Dostlarınla Paylaş

İmmunited və onun növləri - Qarışıq Məqalələr | Tatli.Biz
İmmunited və onun növləri məqaləsini oxumaq üçün daxil olun
İmmunited və onun növləri, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus

Saytda 78 nəfər

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Məlumat Axtar, Kinolar, Seriallar, Android Dünyası, Hansı gün doğuldun?, Instagram-dan video(şəkil) yüklə, İşığa borcunu öyrən, Qaza borcunu öyrən, Suya borcunu öyrən, Whatsapp Plus 2021, Instagram Plus, Youtube Plus, Online Dərsliklər, Inşalar toplusu, Atalar Sözləri və Məsəllər, Geniş Kitabxana, Qadın Dünyası, Bürclərin Sirri, Islam Aləmi, Aforizmlər - Dahilərin sözləri, Online Xəritə, Koronavirus canlı izlə(COVID-19, II Dərəcə Tənlik Hesabla, Futbol Nəticələri, Idman Xəbərləri, Namaz vaxtları, Valyuta Məzənnəsi, Valyuta Hesabla, Webmoney Hesabla(WMR), Online Tərcümə, Tapmacalar, Bürc-il Yoxla, Doġum gününü hesabla, Ideal çekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Silinmiş şəkillərin geri qaytarılması, Wap+Web Skaner, Domen Yoxla, IP Axtar, Qrab Yarat, Kodlaşdırma, Simvol Kodları, Hərf Kodları, Rəng Kodları, Saytın şəklini çek, Telefon modelini dəyiş, Smayl düzəlt, Icon düzəlt, Button düzəlt, Lətifələr, Qurani Kərim - Səsli(Azərbaycanca), Qurani Kərim - Səsli(Türkcə), Qurani Kərim - Səsli(Rusca), Qurani Kərim - Səsli(Ərəbcə), Nağıllar, Dərman Axtar(Qiyməti), Tanınmış Simalar, Maraqlı Məlumatlar, Moda - Gözəllik, Sağlamlıq, Ailə və Uşaq, Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin, Show Biznes, Qarışıq Xəbərlər, Online Foto, Ən Son Xəbərlər, Koronavirusla Mübarizə Testi
xml | xml2 | html | ror | wikipedia | media

©Tatli.Biz 2010-2021