İmmunited və onun növləri

İmmunited və onun növləri


İmmunitet və onun növləri
İMMUN SISTEMI
13 okyabr 2010, 10:31
Bildiyimiz kimi, qanın hər bir formalı elementi və qan hüceyrələri orqanizmdə müəyyən bir funksiya yerinə yetirir. Bizə məlumdur ki, leykositlər orqanizmin mikroblardan, zəhərli maddələrdən və yad hüceyrələrdən qoruyur. Bir sözlə orqanizmin müdafiə sistemində iştirak edir. Böyük rus alimi İ.İ. Meçnikov müəyyənləşdirmişdir ki, leykositlər orqanizmdə müdafiə funksiya yerinə yetirir. Leykositlər orqanizmə daxil olan infeksion xəstəliklər törədən mikrobları udub, həll etməklə zərərsizləşdirir, nəticədə özləri də ölür və çirk əmələ gəlir. Bu proses faqositoz, leykositlər isə faqositlər adlandırılıb. Muçnikovun bu fikri immunitet təliminin əsasını qoydu. Bu kəşf bir çox keçirici xəstəliklərin qarşısının alınmasına, bəşətiyyəti qırğınlardan qurtaran peyvəndlənmə üsulunu yaratmışdı.
immunitet necə yaranırMəlumdur ki, orqanizmə düşən bakteriyalar düşdükləri yerə özlərindən toksin adlanan zəhərli maddələr buraxırlar. Orqanizm isə həmin toksinləri- zəhərləri neytrallaşdıran antitoksin hazırlayır. Bu antitoksinlərin bəziləri qanın tərkib elementi kimi illərlə orqanizmdə qalır və insanları həmin xəstəliklərə təkrarən tutulmasının qarşısını alır. Keçici xəstəliklərə qarşı orqanizmin müqavimətinin artması immunitet adlandırılmışdır. Immunitet latın sözü olub “immunis” sözündən götürülüb, xilas etmə, azad etmə deməkdir. Vaksin və zərdabları orqanizmə yoluxdurmaqla onda aktiv və yaxud passiv immunitet yaradılır ki, sonradan həmin orqanizm o xəstəliyə tutulmur.
Immunitetin iki növü var:
1.Anadangəlmə- növə məxsus olur.
2.Sonradan qazanılan- fərdə məxsus olur.
Anadangəlmə immunitet növün irsi əlamətidir. Məsələn:dovşan və yaxud it polimetit (uşaq paraloci) xəstəliyinə, insan
[1] 2 3 >>
Cəmi 544 nəfər oxuyub
Bəyənən (93) | Bəyənməyən (86)
Dostlarınla Paylaş

Saytda 328 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024