Bildinmi?

Bildinmi?


BILDINMI

Dolub yağış damlasına
pəncərənizi sevdim,
Bildinmi- bilmədim.

Gözündən sərxoş kimi
yıxıldım ürəyinə
Güldünmü – bilmədim.

Özümüzdən öncə
qapıda ayaqqabılarımızın
qoşa dayanmağını sevdim,
Sən də sevdinmi – bilmədim.

Sən yatan ürəyimə
başımın sual
Əllərimin nida qoyulduğunu
Bilirsənmi-bilmirəm.

Əllərin bulud kimi
kölgə salır
Saçlarımın işığına,
Deyəsən yağış yağacaq
axşama,
Xəbərin varmı, bilmirəm!
Cəmi 590 nəfər oxuyub
Bəyənən (135) | Bəyənməyən (130)
Dostlarınla Paylaş

Saytda 61 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023