Yağış

Yağış


Selə qapılmış bir sevginin ardından bir mahnıda
axtarılan təsəlli çatmamış olsa gərək idi.
Külək vururdu sərindən üzümə.
Bir vaxt yalın ayaq yaşıllara basdım geç ya da tez.
Özümdən keçməmək də çox zaman olmuşdu.
Dəlilik idi bir az bu etdiyim axıb gedən həyatımda.
Amma onsuz da "özündən başlamalı hər şeyə" demişdim
küçəyə çıxarkən.
O sırada yağış yağmağa başlamışdı.
Dənə dənə və varlığını unutdurub xatırladan bir
sürətdə incədən süzülürdü ruhuma. Bir eşq sonrası
incikliyi paklar ədasında. Hər şeyin mümkünlüyünə
inad bir möcüzə kimi idi o an hər şey. Qədərin
cilvələrindən
nəsiblənmiş bir narahat halda itirilmiş bir şeyini axtarar
kimi gözəllik gözlər baxışlarla araşdırırdım yaş dünyanı.
Qəribə bir xoşbəxtlik qucaqladı ruhumu əvvəl,
sonra bədənimi. Onsuz da mənim üçün xoşbəxtlik,
həmişə gəlib gedən bir ay kimi idi. Amma hər şey
əslində
olduğu qədər idi. Necə baxdığımın əhəmiyyəti yox idi.
Bir karvan içində sıravi biriydim nəticə olaraq.
Atəş kimi qarışıq köz olan ürəyim sərinləmişdi
yağışda o vaxt. Məntiq çərçivəsi düşüncələrimi
əsir götürürdü. Məlhəm kimi qərarlar götürəcəyim
iqlimlərə girirdim düşünürəm. Yenə başlamışdı vəzifəm
ruh və bədənin gizli mübarizəsində.
Aşağı tüpürsəm "mən", yuxarı tüpürsəm "mən"idim.
O sırada külək bir az gücləndi və fikirləşirəm
yağış da kədərləndi. Daha ucundan toxunmağa
başladılar
ağrınılası bədənimə və tapılan ruhuma. Zamana
buraxılmış
gözyaşlarının edam zamanına bərabər gəlmiş kimi hiss
etdim
və bir az qorxdum ağlamaqdan. Və o an; itən gözəlliklər
bir uşaq bədəninə həbs edilmiş və saf bir dərmanla
qorunar göründü gözümə. Bir an göz-gözə gəldim o
təmiz uşaqla bir şey istər kimi baxaraq.
[1] 2 >>
Cəmi 2193 nəfər oxuyub
Bəyənən (587) | Bəyənməyən (375)
Dostlarınla Paylaş

Saytda 53 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023