Sen Getdin...

Sen Getdin...


Ürəyimdəki çarəsiz uşaqla buraxıb getdin.
Qum saatını müşahidə etdim,
bitmədən dönərsən deyə…
Ürəyinə ilk toxunulmuşluğun və
sanki itirilmiş hüzünlə bir başıma idim.
Mən xoşbəxt deyiləm ya
sən də xoşbəxt olmayacaqdın
İçin mənliyimlə dolacaqdı.
Halbuki mən səni daha çox sevəcəkdim.
"Sevgim qədər nifrətimdən qorx" deyə
bir baxış atmayacaqdım həyata.
Eşq və nifrət arasındakı incə xəttin
həmişə yaxşı tərəfində qalacaqdım.
Çünki sən dönəcəkdin.
Sən getdin
Ardından yetim qaldı dodaqlarım.
Sözlər tökməz oldu üzümdən.
Tək xoşbəxtlikləri öyrəndim.
Halbuki sən getdin.
Sonra həyatını dəyişdirdin.
Unudulmanın ağrısıyla qaldım bir başıma.
"Dönəcəksən" ümidlərim də yıxıldı içimdə bir-bir.
Sonra sorğularım başladı yoxluğunda.
Yapışacaq hər budaqda bir şeylər vardı
səni xatırladan və məni unutduran…
Və sən getdin
Bəlkə də dolmuş idi zamanın
Həyatın yalançı xoşbəxtliklərinə tək bir səfərə çıxarkən,
həyatı da bərabərində apararaq getdin….
Ardında bir mən qaldım
Sənsiz…
Cəmi 2225 nəfər oxuyub
Bəyənən (574) | Bəyənməyən (397)
Dostlarınla Paylaş

Saytda 114 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024