Qanı durultmaq üçün nə etməli

Qanı durultmaq üçün nə etməli


1 çay qaşığı çobanyastığı və 1 çay qaşığı dazı otu 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir və süzülür. Dəmləməni gün ərzində içmək lazımdır. Qəbul etdikdən əvvəl dəmləməyə bal və limon əlavə etmək lazımdır.

- Adaçayı da qanı duruldur. 1 xörək qaşığı adaçayı 1 stəkan qaynar suda dəmləyin və gün ərzində için.

- Portağal şirəsi çox yaxşı qan duruldan vasitədir. Hər gün 100-150 ml portağal şirəsini için.

- Moruq (təzə moruq, moruq kompotu, mürəbbəsi və s.) qanı çox yaxşı duruldur.

- Sarımsaq qanı çox yaxşı təmizləyir və duruldur. Sarımsaqdan bu kimi effektli təbii dərman hazırlamaq olar: 250 qr sarımsaq blenderdə əzilir, üzərinə 1 stəkan duru bal əlavə olunur, yaxşı qarışdırılır və 1 həftə ərzində sərin qaranlıq yerdə saxlanılır (soyuducuda yox!). Daha sonra dərmanı səhər yeməkdən 20 dəqiqə əvvəl 1 xörək qaşığı olmaqla qəbul etmək lazımdır.

- Zəncəfil və darçın qanın tərkibinə çox müsbət təsir edir, qanı duruldur. 4-5 sm uzunluğunda təzə zəncəfil kökü blenderdə xırdalanır, 1 çay qaşığı yaşıl çay və 1 cimdik darçın əlavə olunur və üzərinə 1/2 l qaynar su tökülür. Çay 1 saat ərzində termosda dəmlənilir, sonra süzülür, 1/2 limonun şirəsi və 1 xörək qaşığı bal əlavə olunur və gün ərzində çay kimi içilir.

- Şabalıd və xüsusilə onun qabıqları çox təsirli vasitədir. 50 qr şabalıd qabıqların üzərinə 1/2 l araq əlavə olunur və 2 həftə ərzində qaranlıq yerdə saxlanılır. Daha sonra məhlul yaxşı süzülür. Alınmış dərmanın 30 damcısını hər gün yeməkdən əvvəl 1/4 stəkan təmiz suya əlavə edin və için. Müalicə kursu - 3 həftə.
Cəmi 484 nəfər oxuyub
Bəyənən (89) | Bəyənməyən (75)
Dostlarınla Paylaş

Saytda 122 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024