Bu gün 15 məqalə əlavə olundu

Geniş Kitabxana
Yaxşı ki, varsan həyatimda, ömrüm
Bəzən həyat insanı incidir... Əzab verir. Heç yorulmadan
işləyirsən və bunların əvəzi olaraq aldığın şey böyük bir
heç olur. Bax ən çox o zaman yanır insanın canı.
Halbuki sənin yanındaykən həyat məni incitmir, əksinə
gülümsəyir mənə. Zaman dayanır səninləykən, saniyələr
keçmir, dəqiqələr ötmür. Böyük bir xoşbəxtlik bürüyür
dünyanı... Sevgin ümidsizlərə belə ümid işığı olur. Sən
varsan deyə günəş də gülür mənə, ay da, dünya da...
Səni sevmək o qədər gözəldir ki...
Yağış olub eşqini yağdırırsan üzərimə, günəş olub
isidirsən içimi, dünya olub dönürsən ətrafımda...
Məni xoşbəxt edə bilmək üçün getdiyin yolda qar
demədin, yağış demədin, nəfəssiz qaldın amma
dayanmadın, yorğunluqdan ağlamadın. Çünki çox sevdin
məni, mən də səni...
Bir roman yazdın mənim üçün...
Hər kəs bizim romanımızı oxuyarkən baxışlarımda itmək,
dərinlərdə uzun bir səfərə dalmaq bəs etdi sənə. Bax
buna görə çox sevdim səni. Buna görə sənə olan sevdim
illərdir heç azalmadı, əksinə hər gün, hər dəqiqə, hər
saniyə bir az daha artdı.
Yalanı soxmadın həyatımıza, inciklikləri götürmədin
yanımızda...
Yalnız mən oldum yanında, mənim də yanımda yalnız
sən oldun...
Yaşatdığın bütün gözəlliklər üçün təşəkkür edirəm sənə.
Yaxşı ki, varsan!!!
Yaxşı ki, mənimsən!!!
Ömrum,seni cox sevirem
Cemi 1114 nefer oxuyub
Beyen(399) | Beyenme(130)
Paylaş:
Dostlarınla Paylaş

Logo
Yaxşı ki, varsan həyatimda, ömrüm - Qəmli Notlar | Tatli.Biz
Yaxşı ki, varsan həyatimda, ömrüm məqaləsini oxumaq üçün daxil olun
Yaxşı ki, varsan həyatimda, ömrüm, Qəmli Notlar, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2020, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus
Saytda 34 nəfər


©Tatli.Biz 2010-2020