Tatli.Biz

Öküz ilində bizi nə gözləyir


2020-ci il (Siçan ili) istər dünyanın, istər də ölkəmizin həyatında bir çox enişli, yoxuşlu məqamları ilə yadda qaldı. Dünyanı zəbt edən koronavirus pandemiyası, onun doğurduğu iqtisadi və sosial çətinliklər, yeni qaydalar, səyahət qadağaları və s. hər birimizin həyatından yan keçmədi. 2020-ci il Azərbaycan üçün ən əlamətdar olay isə 44 gün davam edən Vətən müharibəsindən qalibiyyətlə ayrılmağımız və 30 ilə yaxın işğal faktına son qoymağımız oldu. Bəs görəsən bizi və dünyanı 2021-ci ildə nələr gözləyir? Həfta. bununla bağlı kiçik araşdırma aparıb. Müxtəlif astroloqların gələn il bizi gözləyən hadisələrlə bağlı proqnozlarından seçmələri sizlərə də təqdim edir.

Öncə onu vurğulayaq ki, Şərq təqviminə görə, 2021-ci il Ağ Öküz ilidir. Öküz böyük dəyişikliklər, irəliyə can atmaq, həyatda köklü dəyişikliklər etməyin simvolu sayılır. Metal isə dayanaqlılıq və güclü iradənin simvoludur.

Öküz boş danışanları sevmir, inadkar və çox çalışanlara isə hörmət edir. Lakin burada da kiçik bir "amma" var. Öküz yalnız doğru və yoxlanılmış yolu seçənlərə yardım edəcək. Ev tikmək, evlənmək, şəxsi biznes qurmaq istəyənlər üçün 2021 ideal il sayılır. Astroloqlar 2021-ci ildə çox çalışan insanların pul qazanmaq baxımından heç bir çətinliklərinin yaranmayacağını proqnozlaşdırır. Öküz ilində doğulan uşaqlar da çox sağlam, möhkəm və güclü iradəyə malik olurlar. Bu səbəbdən bu il uşaq dünyaya gətirməyi planlaşdıranlar üçün də ideal seçim sayılır.

Ural Astroloji İnstitutunun direktoru, alim Oleq Luşkinovun qənaətincə, 2021-ci il maliyyə baxımından o qədər də sadə bir il olmayacaq. Bu səbəbdən daha çox çalışmaq və ağılla xərcləmək tələb olunur. Köhnə metodlar, idarəetmə sistemləri və sərhədlər dəyişəcək. Yfxın 20 il ərzində yeni dövrün başlaması ilə bağlı maliyyə qaynaqları yer dəyişdirəcək, iqtisadiyyat və siyasətdə sistemli transformasiya prosesləri yaşanacaq: "2020-ci ilin dekabr, 2021-ci ilin yanvar ayları ərzində maliyyə problemləri yaşanacaq. Onun nəticələrinin aradan qaldırılması üçün bütün il boyu məşğul olmalıyıq. İyulun əvvəlləri və ilin sonunda da böhran anlarının yaşanması gözlənilir. Gələn il kim çox çalışacaqsa, onlar da qazanacaqlar. Gələn il sabitlik, münasibətlərində, iş yerlərində nizam-intizam tərəfdarı olanlar, ailə qurmaq istəyənlər üçün də uğurlu olacaq".

Rusiyalı astroloq Mariya Sopolnova isə 2020-ci ildə gözləmədiyimiz halda həyatımıza sürətlə daxil olub gündəlik yaşam tərzimizi alt-üst edən koronavirus pandemiyası ilə bağlı proqnozlarını açıqlayıb. Onun sözlərinə görə, virus heç bir yerə getməyəcək. O, adi qripp kimi həyatımızda qalacaq. Sadəcə kollektiv immunitetin yaranmasını gözləməliyik.

Svetlana Proskuryakovanın fikrincə isə, 2021-ci ildə dünyada lokal hərbi toqquşmalar gözlənilir. ABŞ-da və Avropada isə terror aktları və miqrasiya problemləri ilə bağlı böhran yaşanacaq. Koronavirusla bağlı isə 2020-ci ildə müşahidə etdiyimiz gərginliklər bir qədər səngiyəcək.

Azəraycanla bağlı proqnozlara gəldikdə isə, müraciət etdiyimiz yerli mütəxəssislər hələ gələn il ilə bağlı hesablamalar aparmadıqları söyləyərək Öküz ilində ölkəmizi gözləyən hadisələrin gedişi ilə bağlı proqnozlar vermək istəmədilər.

Bəs 2021-ci ildə bürclər üçün proqnozlar nədən ibarətdir? Hafta. kp. saytına istinadən bürclərlə bağlı proqnozları təqdim edir:

Qoç

Hər 12 ildən bir Öküz geri qayıdaraq Qoç bürcündən olanlara səbrli olmağı öyrədir (Lakin bu dəqiq deyil). Ən tərs bürc olduqları üçün qoçlar Öküz ilinin onları səbr imtahanına çəkməsinə inadla müqavimət gösrəcəklər. Lakin bir qədər sakitləşdikdən sonra qoçlar inadları ilə əldə etdiklərinin səbrli olduqları halda çox rahat şəkildə qazanacaqlarının şahidi olacaqlar.

Buğa

Bu bürc altında doğulanlar üçün 2021 lotereya uduşuna bənzər il kimi xarakterizə olunur. Öküz onlara həm maddi, həm də mənəvi qazanclar gətirəcək. Buğaları bu il onların həyatlarını dəyişəcək tanışlıqlar da gözləyir.

Əkizlər

Öküz ili əkizlərə bu il o qədər djə yardım etməyəcək. Məqsədləriə çatmaq üçün çox çalışmalı olacaqlar. Vəziyyət bu bürc altında doğulanların öz xərclərinə, maddi durumlarına yenidən baxmağa vadar edəcək. Şəxsi həyatlarında isə hər şey qaydasında olacaq.

Xərçəng

Xərçənglər üçün də bu il o qədər də əhəmiyyətli sayılmayacaq. Daha vacib məqamlara xüsusi diqqət ayıraraq ətraflarında baş verənlərə əhəmiyyət gböstərməyəcəklər. Onları sevgi münasiətlərində də qırğınlıq gözləyir.

Şir

Öküz şirlərin risk almaları qarşısında maneə yaratmayacaq. BÖu o deməkdir ki, Şir bürcündə doğulan iş adamları üçün bu il o qədər də uğurlu alınmayacaq. Yalnız böyük əmək və qərarlıq düşdükləri vəziyyətdən çıxmağa yardımçı olacaq.

Qız

Keçən il qız bürcü altında doğulanlar çox şeyə nail olublar. Öküz ilində isə onlar keçdikləri yola və əldə etdikləri nailiyyətlərə nəzər salmaq imkanı qazanacaqlar. Həyatlarında təlatümlər və hansısa mühüm əhəmiyyət daşıyacaq məqamlar gözlənilmir.

Tərəzi

2021-ci il ərzində Tərəzilərin qarşısında özlərini yaxşı mənada göstərə bilmək üçün imkanlar yaranacaq. Bu fürsətlərdən yararlana biləcəkləri halda bütün işləri qaydasında gedəcək.

Əqrəb

Bu il əqrəblər üçün də uğurlar vəd edir. Onlar keçən il şəxsi həyatlarında və iş fəaliyyətlərində üzləşdikləri çalxantıları yoluna qoymaq fürsəti qazanacaqlar. Bu il onları bol səyahətlər də gözləyir.

Oxatan

Bu bürc altında doğulanlar ailələrinə daha çox vaxt ayırmalıdırlar. 2021-ci ildə öküz oxatanların işlərinin də yaxşı olacağına zəmanət verir. Yeganə çəkinəcəkləri məqam ətrafındakılara həddən artıq etimad göstərmələri olacaq.

Oğlaq

Oğlaqlar qarşılarına çıxan istənilən maneəni devirmək gücündə olacaqlar. Ancaq bu maneələri qısa zamanda aşmağı bacarmalıdırlar. 2021-ci il oğlaqlardan səbr, təmkin və inadkarlıq tələb edir. Oğlaqlar sağlıq durumlarına da ciddi fikir verməlidirlər.

Dolça

İlin əvvəlində dolçalar həyatlarında çox şeyi dəyişmək istəyəcəklər. Lakin bu dəyişiklikləri yazın sonlarına qədər təxirə salmaq məsləhət görülür.

Balıqlar

Balıqlar 2020-ci ildə əldə etdikləri nailiyyətləri, qazancları qoruyub saxlamağa çalışmalıdırlar. Yeni səyahətlər və tanışlıqlar da sizldəri gözləyir.
Cemi 58 nefer oxuyub
Beyen(9) | Beyenme(6)
Dostlarınla Paylaş

Öküz ilində bizi nə gözləyir məqaləsini oxu


Öküz ilində bizi nə gözləyir, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, Öküz ilində bizi nə gözləyir, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Pulsuz yuklemeler, free games, sohbet, qizlar, pulsuz whatsapp, whatsapp indir, instagram indir, youtube indir, bedava porno, bedava dinle, indir, azeri sarkilari, turk sarkilari, Yeni Oyunlar, Kohne Oyunlar, Top Oyunlar, Browser ve Internet, Sosial Şebekeler, Eylence

Saytda 83 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
MobTop.az
©Tatli.Biz 2010-2021