2020-ci il (Siçan ili) istər dünyanın, istər də ölkəmizin həyatında bir çox enişli, yoxuşlu məqamları ilə yadda qaldı. Dünyanı zəbt edən koronavirus pandemiyası, onun doğurduğu iqtisadi və sosial çətinliklər, yeni qaydalar, səyahət qadağaları və s. hər birimizin həyatından yan keçmədi. 2020-ci il Azərbaycan üçün ən əlamətdar olay isə 44 gün davam edən Vətən müharibəsindən qalibiyyətlə ayrılmağımız və 30 ilə yaxın işğal faktına son qoymağımız oldu. Bəs görəsən bizi və dünyanı 2021-ci ildə nələr gözləyir? Həfta bununla bağlı kiçik araşdırma aparıb. Müxtəlif astroloqların gələn il bizi gözləyən hadisələrlə bağlı proqnozlarından seçmələri sizlərə də təqdim edir.
Öncə onu vurğulayaq ki, Şərq təqviminə görə, 2021-ci il Ağ Öküz ilidir. Öküz böyük dəyişikliklər, irəliyə can atmaq, həyatda köklü dəyişikliklər etməyin simvolu sayılır. Metal isə dayanaqlılıq və güclü iradənin simvoludur.
Öküz boş danışanları sevmir, inadkar və çox çalışanlara isə hörmət edir. Lakin burada da kiçik bir "amma" var. Öküz yalnız doğru və yoxlanılmış yolu seçənlərə yardım edəcək. Ev tikmək, evlənmək, şəxsi biznes qurmaq istəyənlər üçün 2021 ideal il sayılır. Astroloqlar 2021-ci ildə çox çalışan insanların pul qazanmaq baxımından heç bir çətinliklərinin yaranmayacağını proqnozlaşdırır. Öküz ilində doğulan uşaqlar da çox sağlam, möhkəm və güclü iradəyə malik olurlar. Bu səbəbdən bu il uşaq dünyaya gətirməyi planlaşdıranlar üçün də ideal seçim sayılır.
Ural Astroloji İnstitutunun direktoru, alim Oleq Luşkinovun qənaətincə, 2021-ci il maliyyə baxımından o qədər də sadə bir il olmayacaq. Bu səbəbdən daha çox çalışmaq və ağılla xərcləmək tələb olunur. Köhnə metodlar, idarəetmə sistemləri və sərhədlər dəyişəcək. Yfxın
Cəmi 462 nəfər oxuyub
Bəyənən (77) | Bəyənməyən (80)