Öküz ili

Öküz ili


Qarşıdan Metal ünsürlü Ağ Öküz ili gəlir. Astronomik hesabla il 12 fevralda (2021) başlayıb 25 yanvarda (2022) bitəcək. Dağıdıcı, çılğın və qərarsız il kimi səciyyələndirilən Siçovul ilindən nəhayət ki, rahat, aydın, sabaha əminlik yaradan bir zaman kəsiminə qədəm qoyacağıq. Öküz illəri adətən stabil dövrlər sayılır, kataklizmlərin minimuma endiyini müşahidə edirik. Belə illərdə dildən iti, obyektiv, işini doğru görən, zəhmətkeş və özündə daima nikbinlik aşılayan insanlar uğur qazanır.

Öküz zamanında nəyin bahasına olursa-olsun, liderliyə can atanlar çox olur, hətta bu yolda rəqib tərəfə sui-qəsdlərin təşkilinə də yol verilir. Ümumiyyətlə, Öküz ilində siyasi-ictimai çəkisi olanların qətlə yetirilməsi az olmur: Aleksandr Qriboyedov (1829), Nəriman Nərimanov (1925), Con Kennedi (1937), BMT baş katibi Daq Xammarşöld (1961), şahzadə Diana, Ziya Bünyadov (1997) və s.



İlin planeti Venera olduğundan bu göy cisminin himayəsində olan bürclər (Buğa və Tərəzi) aparıcı mövqeyə malik olacaqlar.

Öküz ilinin ən aktiv adamları isə Öküz, İlan və Xoruz illərində dünyaya gələnlərdir. İlin astronomik energetikası Avstriya, Qafqaz, Çin, Yaponiya, Tailand, Rusiyanın Sibir hissəsi, İrlandiya, Polşa, İraq, İran, Əfqanıstan, Avstraliya, İsveçrə kimi dövlətləri aktiv edəcək. Bu ərazilər il ərzində dünyanın diqqət mərkəzində, gündəmində olacaqlar.

2021-ci ilin numeroloji rəqəmi 5-dir (2+0+2+1=5). Bu rəqəm qeyri-müəyyənliyi və riski bildirir. Bu ədədə yuvarlaqlaşan illərdə nəticəyə nail olmaq üçün səyahət etmək və təcrübə qazanmaq çox vacibdir. 5 həm də sərbəstlik, buxovu açma, tənəzzül, hərəkət rəqəmidir. "5"in mahiyyətini cüt və tək rəqəmlərdən (4+1 və 3+2) tərtib edirlər. Bu da "5"i hərəkətli, inkişafa və dəyişməyə yönəldən edir. Bu, dərk
[1] 2 3 >>
Cəmi 523 nəfər oxuyub
Bəyənən (70) | Bəyənməyən (72)
Dostlarınla Paylaş

Saytda 139 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024