Bu gün 15 məqalə əlavə olundu

Geniş Kitabxana
Ürəyinin səsini eşitmək istəyirəm
Gecənin qaranlığı... Otaqda 2 nəfər. Pəncərədən ay işığı
gülümsəyərək nur işığını paylayır. Bu işıq içərisində
maraqla kölgələr rəqs edir. Hə, hə, yanılmadınız,
maraqla, sevgi ilə, ehtirasla rəqs edən kölgələr.
Sanki günəşin çıxmağından, bir - birilərindən ayrı
düşməkdən, bu rəqsin daha tez bitməsindən qorxurlar bu
kölgələr. Axı gecələr kölgələrimizlə yanaşı ruhumuz da
azad olur. Bütün mənfi insanların aurasından lazımsız
söhbətlərdən, qayğılardan…
Yalnız gecə otağa qonaq olanda kölgələr ruhu tərk edib
bir - birinə qarşı gedirlər. Bəzən ay bu kölgələrə baxıb
utandığından buludlarla üzünü gizlədir. Ancaq bu
kölgələr heç nədən utanmırlar. Axı onlar daxilən
sərbəstdir. Vəhşi, ehtiras dolu hisslər o qədər cilovdan
çıxırlar ki, onlar nə ayın utanmasına, nə də buludlara
fikir vermirlər.
Onları yalnız bir şey maraqlandırır. Nəfəslərinin,
həyəcanla döyünən ürəklərinin səsini eşitmək. Bu səs
gah artır, gah da lal, təmiz su kimi sakitləşir. Səs
sakitləşdikcə kölgələrin də forması dəyişilir, yeni bir
formaya keçməyə hazırlaşır.
Bu zaman yorğun, amma hələ də rəqslərindən doymayan
kölgələrə sanki yeni bir ruh gəlir. Bu ruhda vəhşi
ehtiraslar deyil, incə, səmimi sevgi gizlənib! Bunu 2-ci
kölgənin nəvazişində, hərəkətlərində, ürək döyüntüsündə
hiss etmək olar.
Birinci kölgə bu nəvazişin qarşısında özünü yeni yaranan
nəfəs kimi hiss edir. Sanki bu hərəkətlər onun kölgəsinə
yeni bir işıq bəxş edir. Daha dəqiq, bu işıq eşqdən
yarandığı üçün buna həyat eşqi də demək olar.
Kölgələrin sevgi, ehtiras, bəzi məqamlarda sevinc, göz
yaşları ilə davam edən rəqsləri şərqə tərəf yönəldikcə
yavaş - yavaş dayanmağa başlayır.
Çünki qərbdən, buludların arxasından boylanan ay
məcburən günəşin çıxması qarşısında öz acizliyini
göstərir. Günəş öz şəfəqləri ilə yeni həyatın, günün
əsasını qoyur. Elə kölgələr də gecədən davam edən
rəqsləri ilə yeni həyatın yaranmasına yardımçı olurlar!
Kölgələr gizlənirlər, amma həmişəlik yox. Gecəyə qədər.
Onlar səbirsizliklə ayın çıxmasını və yeni rəqslərinin
vaxtını gözləyirlər!
Cemi 1349 nefer oxuyub
Beyen(404) | Beyenme(118)
Paylaş:
Dostlarınla Paylaş

Logo
Ürəyinin səsini eşitmək istəyirəm - Qəmli Notlar | Tatli.Biz
Ürəyinin səsini eşitmək istəyirəm məqaləsini oxumaq üçün daxil olun
Ürəyinin səsini eşitmək istəyirəm, Qəmli Notlar, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2020, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus
Saytda 20 nəfər


©Tatli.Biz 2010-2020