Koronavirus testini harda verə bilərəm?

Koronavirus testini harda verə bilərəm?


Covid-19 testi mütləq qaydada tələb olunur.

Covid-19 testi üçün pul verməliyəmmi?
Əgər təcili tibbi yardıma müraciət etmisinizsə, bu zaman sizdən test götürülməsi üçün hər hansı ödəniş tələb olunmur. Azərbayca Covid-19 testi hər şəxs üçün yalnız 1 dəfə dövlət tərəfindən pulsuz aparılır. Səhiyyə Nazirliyinin 814 Çağrı Mərkəzi bunun üçün xəstədə Covid-19 əlamətlərinin olmalı olduğunu bildirir.

Əgər sizdə hər hansı əlamət olmadan özünüzü yoxlamaq məqsədilə test vermək istəyirsinizsə və ya xaricə səfər edirsinizsə, bu zaman testlər üçün pul ödəməlisiniz.

Ödənişli test üçün nə qədər pul verməliyəm?
Azərbaycanda Covid-19-un müəyyən edilməsi üçün burun və ağız boşluğundan götürülən yaxma vasitəsilə aparılan testin qiyməti 40-130 manat, qan vasitəsilə aparılan testin qiyməti isə 40-50 manat arasında dəyişir. Dövlət poliklinikalarında aparılan testlərin qiyməti özəl klinikalara nisbətdə iki dəfəyədək ucuzdur.

Test cavabım nə vaxt bilinəcək?
Təcili tibbi yardım vasitəsilə verilən Covid-19 testinin cavabı müraciət sıxlığından asılı olaraq bir neçə günə verilir.

Dövlət və ya özəl tibb məntəqəsində verdiyiniz testlərin cavabı isə testin növündən asılı olaraq həmin gün və ya 24 saatadək verilə bilər. Bəzi özəl klinikalarda test cavabını qısa müddətdə almaq istəyənlərə 20-30 manat əlavə ödəniş əsasında ekspress xidmətlər təklif olunur.

Xaricə səfər edirəm, nələri bilməliyəm?
Azərbaycandan xaricə səfər edən və ölkəyə qayıdan şəxslərdən mütləq qaydada neqativ Covid-19 PCR test cavabı tələb olunur. Səfər üçün test verərkən özünüzlə pasport və biletinizi (electron bilet qəbul edilir) götürməlisiniz.

Qaydalara görə, sizdən yaxma nümunəsi götürüləndən uçuşunuzadək olan müddət 48 saatı
<< 1 [2] 3 >>
Cəmi 380 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 127 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024