İmmunitedi gücləndirmək üçün necə qidalanaq

İmmunitedi gücləndirmək üçün necə qidalanaq


İmmuniteti artırmaq üçün necə qidalanmalı? – Dietoloq məsləhəti
İnsanların orqanizmi payız və qış fəsillərində immuniteti aşağı olduğu üçün tez-tez xəstələnməyə meyilli olur. Nəzərə alsaq ki, hazırda bütün dünya koronavirusla mübarizə aparır, bu zaman immun sistemimizi gücləndirməyə daha çox diqqət etməliyik. İmmun sistemi güçləndirməyin ən vacib qaydalarından biri də düzgün qidalanmaqdır. Çünki gündəlik ehtiyacımız olan vitamin və mineralların böyük hissəsini qidalardan alırıq.

Bəs immuniteti artırmaq üçün nələr edilməlidir? Necə qidalanmaq lazımdır?

sualları cavablandıran dietoloq Reyhan Cabbarlı bildirib ki, ümumiyyətlə, sağlam orqanizimə sahib olmağın yolu su içməkdən başlayır:

“Bədənimizin 60 faizə yaxını sudan ibarətdir. Buna görə də gündə minimum 1.5-2 litr su içmək vacibdir. Düzgün qidalanmamaq və az su qəbulu isə orqanizdaki bu faizi aşağı salır. Bunun nəticəsində metabolizma normal işləmədiyi üçün immun sistem də zəyifləyir”.

Dietoloq deyir ki, meyvə-tərəvəz yeməyi də unutmaq olmaz:

“Hər gün tərəvəz yeməkləri və ya salatlar yeyin. Ölkəmizdə qış aylarında tərəvəzlər ilə qidalanma heyif ki, azalır. Tərəvəzləri çiy, yaxud az zeytun yağında bişirərək yeməyə diqqət edin. Gündə 2-4 pors meyvə yeyin. Hər yaş və hər şəxsə görə bu porsiyonun miqdarı dəyişə bilər. Ancaq minimum 2 pors meyvə yeyilməsi məsləhətdir. Bunlar əsasən yüksək C vitamin qaynağı olan portağal, kivi, narıngi meyvələri olmalıdır”.

R.Cabbarlı bildirib ki, yeməklərinizin arasında mütləq balıq da olmalıdır:

“Həftədə 2 dəfə balıq yeyin. Mövsüm balıqlarını yağsız hazırlayıb yeyə bilərsiz. Balığın tərkibindəki doymamış yağ asidi olan omega3 sayəsində immunitet çox güclənir. Son aylarda COVID-19-dan qoruyucu
[1] 2 >>
Cəmi 475 nəfər oxuyub
Bəyənən (49) | Bəyənməyən (51)
Dostlarınla Paylaş

Saytda 178 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024