Qara şokolad ,tünd şokoladın faydaları

Qara şokolad ,tünd şokoladın faydaları


Qara şokolad, tünd şokolad, acı (bitter) şokolad kimi tanıdığımız və tərkibində kakao miqdarı çok olan şokolad növü ən faydalı qidalardan hesab edilir.

Tünd şokoladın 6 faydasını təqdim edirik.

1. 70-85% kakao miqdarına sahib 100 qram şokoladda gündəlik ehtiyacımız olan bir çox maddələr var:

- 11 qram qida lifi

- Gündəlik ehtiyacımız olan dəmirin 67%-i

- Gündəlik ehtiyacımız olan maqneziumun 58%-i

- Gündəlik ehtiyacımız olan manqanın 98%-i

- Gündəlik ehtiyacımız olan misin 89%-i

- Həmçinin böyük miqdarda potassium, fosfor, sink və selenium.

Lakin gündəlik sadəcə 20-30 qram qara şokolad istehlak etmək məsləhət görülür.

2. Qara şokolad antioksidantlarla zəngindir. Hətta bəzi araşdırmalar bu növ şokoladın tərkibindəki antioksidantların meyvə və tərəvəzin tərkibindəki miqdardan çox olduğunu göstərir. Antioksidantlar insanı xərçəng, ürək-damar, Alzheimer xəstəliyi kimi bir çox ciddi təhlükələrdən qoruyur.

3. Qara şokolad qan təzyiqini tənzimləyir. Yüksək və aşağı qan təzyiqindən əziyyət çəkənlər üçün qara şokolad yemək məsləhət görülür.

4. Hər gün acı şokolad yemək qanda xolesterolun miqdarını kəskin şəkildə azaldır. Bu da daha aşağı ürək-damar xəstəlikləri ehtimalı deməkdir.

5. Qara şokoladın tərkibindəki flavonol maddəsi dərini günəşin zərərverici təsirindən müdafiə edir. Belə ki, şokolad üz dərisində də qan axınını yaxşılaşdıraraq məsamələr arasında sıxlığı və dəridəki nəmlik səviyyəsini artırır.

6. Qara şokolad beynin fəaliyyətini yaxşılaşdırır. Yüksək miqdarda kakao qan dövranını yaxşılaşdıraraq beynin daha rahat qidalanmasını təmin edir, yaddaş probleminə və zehni proseslərə təsir göstərir.
Cəmi 391 nəfər oxuyub
Bəyənən (67) | Bəyənməyən (62)
Dostlarınla Paylaş

Saytda 50 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024