Portağal yeməyin faydaları

Portağal yeməyin faydaları


Payız fəsli gələn kimi xəstəliklər baş qaldırar. Soyuqdəymə ilk büruzə verən xəstəliklərdəndir. Bunun qarşısını almağın ən yaxşı yolu - immun sistemini gücləndirməkdir. Bəs bunu necə edək?

Hamımız bilirik ki, yediklərimiz və yemək tərzimiz sağlamlığımıza birbaşa təsir qoyar. Belə ki, bizlərdən birimiz xəstələnən zaman adətən yediklərimizə xüsusi diqqət edərik ki, tez bir zamanda sağala bilək. İmmun sistemini gücləndirməyin bəzi yollarına işarə edəcəyik:



1. Təbii ərzaqlar yeməyə çalışın. Yediyimiz ərzaqların təbii olmasına diqqət edək və xüsusilə də meyvə yeməyə çalışaq.

Portağal elə meyvələrdəndir ki, tərkibində C vitamini olduğu üçün çox faydalıdır. Portoğal elə bir meyvədir ki, onun tərkibində ancaq C vitamini deyil, bədənə lazım olan maqnezium, kalium, B6 vitamini, anti-oksidantlar vardır.

Qreypfrut da bu cür meyvələrdən biridir ki, tərkibində C, A, E vitaminlər və anti-oksidantlar mövcuddur.



2. Sağlam protein qəbul edin. Sağlam proteini adətən balıq yeməklərində tapmaq mümkündür. Bundan başqa lobya, mərci, noxud kimi bitkiləri də unutmayın. Bitki proteini bədənə lazım olan qədər bu maddəni çatdıra bilmədiyinə görə bitki proteini ilə birlikdə heyvan proteini də qəbul edin. Bu zaman həmin maddə kamil şəkildə bədəninizə daxil ola bilər.



3. Əgər xəstələnmisinizsə, bəzi tövsiyələrimizə riayət etməyə çalışın:

a). Sarımsaq yeyin. Çünki bu ərzaqla mehriban olmağın zamanı gəlib çatmışdır. Sarımsaq soyuqdəyməyə qarşı güclü dərmandır. Tərkibində olan aliun və allicin adlı maddələr vardır ki, virusları məhv etmək qabiliyyətinə malikdirlər. Lakin bunun üçün sarımsağı xam halda yemək lazımdır.

b). Soğan. Soğan da sarımsaq kimi virus əleyhinə olan dərmandır. Bu ərzağı da xam halda yemək
[1] 2 >>
Cəmi 447 nəfər oxuyub
Bəyənən (90) | Bəyənməyən (97)
Dostlarınla Paylaş

Saytda 25 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023