İmmunitedin təbii yollarla gücləndirilməsi

İmmunitedin təbii yollarla gücləndirilməsi


Pandemiya şəraitində immunitetin təbii üsullarla gücləndirilməsi yolları
İnsanların orqanizmi payız və qış fəsillərində immuniteti aşağı olduğu üçün tez-tez xəstələnməyə meyilli olur və ya xəstələnir. Bu səbəbdən də təhsilindən asılı olmayaraq bu sual hər bir insanı düşündürür: immunitet nədir və onu necə gücləndirmək olar?

İmmunitet orqnizmin “ordusudur”, onu xəstəliklərdən, mikroblardan və digər arzuolunmaz bioloji hücumlardan qorumaq üçün sahib olduğu bioloji müdafiədir.

Ədəbiyyatları araşdırarkən maraqlı elmi faklarla rastlaşmaq olur. İmmunitet haqqında olan fikirlər min illərdir ki, bəşəriyyətin diqqətini cəlb edir, elmin zəif inkişaf etdiyi dövrlərdə insanlar bir sıra epidemiyaların səbəblərini fərqli başa düşür və yalnız fövqaltəbii qüvvələrlə əlaqələndirirdilər.

İmmunitetin mexanizmi haqqında ilk dəfə fransız tədqiqatçısı Lui Paster tərəfindən geniş yayılmış və xüsusi qiymətləndirilmiş “tükənmə nəzəriyyəsi” verilmişdir. Lakin zaman keçdikcə bu nəzəriyə özünü doğrultmadı. Pasterin və rus alimi Meçnikovun immunologiyanın formalaşmasında xüsusi rolu olmuşdur. Belə ki, Meçnikov tərəfindən immunitetin faqositar nəzəriyyəsi yaradılmışdır. Bundan başqa, immmunologiyanın formalaşmsında Paul Erklix və Robert Koxun da xidmətləri danılmazdır. Alimlərin əsərləri ilə tanış olduqca belə qənaətə gəlinir ki, əgər immunitet zəifləyibsə, eləcə də immun sistemi hüceyrələrinin orqanizmi qorumaq qabiliyyəti aşağı düşübsə bu, insanı bütün xəstəliklər qarşısında aciz və çarəsiz edir. Bir sözlə, yüksək immunitet sağlamlığımızın fundamentidir və əgər o, yoxdursa, səhhətimiz yerlə-yeksan olar.

İmmun sistemi insan orqanizmində iki vacib prosesə cavabdehdir:

- Birincisi, orqanizmi müxtəlif mənşəli infeksiyalardan
[1] 2 3...6 >>
Cəmi 581 nəfər oxuyub
Bəyənən (102) | Bəyənməyən (104)
Dostlarınla Paylaş

Saytda 169 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024