İmmunitedi gücləndirmək

İmmunitedi gücləndirmək


Qış aylarında bir çoxlarımızda immunitet sistemi zəifləyir, orqanizmimiz infeksiyalara qarşı müqavimət göstərməkdə çətinlik çəkir. Bunun qarşısını almaq üçün ilk növbədə düzgün, kifayət miqdarda və balanslı şəkildə qidalanmaq lazımdır. Soyuq havalarda immunitet zəiflədiyindən vitamin və minerallarla zəngin, sulu qidaların qəbulu çox əhəmiyyətlidir. İmmunitet sistemini gücləndirmək üçün tərkibində C, E, A, B6, D vitaminləri və bəzi mineralların kifayət qədər olduğu qidaları qəbul etmək lazımdır. Karbohidrat, yağ, zülal tarazlığının qorunmasına da diqqət yetirilməlidir. Soyuq havalarda xüsusən C vitamini ilə zəngin meyvələrdən istifadə etmək faydalıdır.

Güclü immun sisteminə sahib olmanın ən asan yolu sağlam həyat tərzidir. İmmun sistemimizi zəiflətməmək üçün sizi stressə salan faktorlardan özünüzü qorumalı, alkoqol və nikotinin təsirindən uzaq olmalı, balanslı və nizamlı qidalanmalı, mütəmadi şəkildə idmanla məşğul olmalısınız. Ancaq bəzi hallarda bu vasitələr yetərsiz qalır və immun sistemini qaldırmaq üçün dərman preparatlarına ehtiyac yaranır. Preparatların qəbulunu azaltmaq və ya əvəzləmək üçün aşağıdakı qaydalara əməl edə bilərsiniz. Bütün hallarda immuniteti artırmaq üçün istifadə etdiyiniz preparatları həkim məsləhəti ilə qəbul etməlisiniz.



Learn more

SOYUQ HAVALARDA...

 Qida dəyəri daha yüksək olduğu üçün, mövsümündə yetişən təzə meyvələri və tərəvəzləri yeyin. Pomidor, xiyar, bibər kimi qışa xas olmayan tərəvəzlərlə qidalanma məhdudlaşdırılmalıdır.

 Çay və qəhvə yerinə C vitamini tərkibli cökə, adaçayı (sürvə), itburnu kimi bitki çayları için.

 Gündə 1,5-2 litr maye qəbul edin.

 Nizamlı şəkildə gimnastika edin.

 C Vitamini ilə zəngin olan sitrus bitkiləri, kivi, portağal,
[1] 2 3 >>
Cəmi 580 nəfər oxuyub
Bəyənən (89) | Bəyənməyən (100)
Dostlarınla Paylaş

Saytda 110 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024