Payız və qış aylarında immunitedi gücləndirmək

Payız və qış aylarında immunitedi gücləndirmək


Payız və qış fəsillərində orqanizmin immuniteti aşağı olduğu bir zamanda insan tez-tez xəstələnməyə meyilli olur və ya xəstələnir. Bəs immunitet nədir və onu necə gücləndirmək olar?

İmmunitet-orqanizmin sahib olduğu bioloji müdafiədir ki, o orqanizmi xəstəliklərdən, mikroblardan və digər arzuolunmaz bioloji hücumlardan qoruyur. İmmunitet haqqında olan fikirlər min ilərdir ki, bəşəriyyətin diqqətini cəlb eddir. Əvvəllər elmin zəif inkişaf etdiyi dövrlərdə insanlar bir sıra epidemiyaların səbəblərini fərqli başa düşür, belə ki, yalnız fövqaltəbii qüvvələrlə əlaqələndirirdilər. İmmunitetin mexanizmi haqqında ilk geniş yayılmış nəzəriyyə fransız tədqiqatçısı Paster tərəfindən verilib. Onun “tükənmə nəzəriyyəsi” bu sahədə qiymətləndirilirdi. Zaman keçdikcə bu nəzəriyə özünü doğrultmadı. Lakin buna baxmayaraq Lui Paster immunologiyanın formalaşmasında xüsusi rol oynadı.

İmmunologiyanın bir elm kimi formalaşmasında rus alimi Meçnikovun da xüsusi xidmətləri olubdur. Belə ki, tədqiqatçı faqositoz haqqında nəzəriyyəni ilk dəfə irəli sürüb. Bu prosesdə iştirak edən hüceyrələri faqositlər adlandırlıb. Meçnikov tərəfindən immunitetin faqositar nəzəriyyəsi yaradıldı. Bundan başqa immmunologiyanın formalaşmsında Paul Erklix və Robert Koxun da xidmətləri olubdur. İmmunitet zəifləyibsə, immun sistemi hüceyrələrinin orqanizmi qorumaq qabiliyyəti aşağı düşübsə bu, insanı bütün xəstəliklər qarşısında aciz və çarəsiz edir. Bir sözlə, yüksək immunitet sağlamlığımızın fundamentidir və bu fundament yoxdursa, səhhətimiz yerlə-yeksan olar.

İmmun sistem insan orqanizmində iki vacib prosesə cavabdehdir: Birincisi, orqanizmi müxtəlif mənşəli infeksiyalardan (virus, bakteriya, mikrob, göbələk və s.) qoruyur. İkincisi isə öz işini başa vuran və ya
[1] 2 3 >>
Cəmi 649 nəfər oxuyub
Bəyənən (107) | Bəyənməyən (113)
Dostlarınla Paylaş

Saytda 198 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024