İmmunitedi gücləndirəmin yolları

İmmunitedi gücləndirəmin yolları


İmmunitet nədir sualına ilk cavab “orqanizmin xəstəliklərə qarşı müqavimət gücü” olur. Bəs necə etmək lazımdır ki, orqanizm xəstəliklərə az məruz qalsın və tutulduqda da onları rahat keçirsin? Bəziləri bunun çarəsini çox yeməkdə, bəziləri çox yatmaqda görürlər.

Allah bizim hamımıza bəlli bir ömür vermişdir, biz bu ömrü sağlam da yaşaya bilərik, xəstə də. Elə yaşamaq lazımdır ki, bizə Allahın əmanəti olan can həmişə sağlam olsun. İmmunitetin əsası hələ ana bətnində qoyulur. Hamilə qadınlar bol-bol meyvə-tərəvəz yedikdə, çiy su içdikdə, açıq havada gəzdikdə və əsəbdən özünü qoruduqda doğulacaq körpənin immun sistemi də düzgün formalaşır.

Çalışmaq lazımdır ki, doğuş təbii yolla olsun, bunun yenidoğulmuşun immun sisteminə faydası çoxdur. Analar maksimum dərəcədə körpəni ana südü ilə böyütməlidir. Televiziya reklamlarında süni qidaların ana südündən daha faydalı olduğu deyilsə də bu fikirlər əsassızdır. Çünki ana südünün tərkibində xüsusi antitellər var, bunlar uşağın orqanizminə daxil olaraq immuniteti formalaşdırır.

Sağlam olmaq üçün nə etməliyik? Birinci növbədə immun sistemi zəiflədən yeməkləri tanıyıb onlardan imtina etmək lazımdır. Bunlara ağ çörək, şirniyyatlar, çipslər, qazlı içkilər, konserv məhsulları, bişirmə zamanı yanmış yeməklər aiddir. Ümumiyyətlə, imkan daxilində təbii ərzaqlara üstünlük verilməlidir, sənaye üsulu ilə hazırlanmış qidaların tərkibindəki qatqılar immunitetə mənfi təsir edir.

Hər yemək qəbulundan əvvəl meyvə, salat və tərəvəzlərin qəbulu, hər dəfə yalnız 1 növ yeməyin yeyilməsi və qida məhsullarının bir-birinə qarışdırılmaması önəmlidir. Ət yeməklərini çox yeməyə vərdiş etməyin, mədəni yeməklə tam doldurmayın, acmamış yemək yeməyin, doymamış süfrədən durun.
[1] 2 >>
Cəmi 469 nəfər oxuyub
Bəyənən (92) | Bəyənməyən (98)
Dostlarınla Paylaş

Saytda 31 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023