Balıq yağının faydaları

Balıq yağının faydaları


Son zamanlar insanlar arasında balıq yağı qəbul etmək bir növ dəb halını alıb. Bu səbəbdən də balıq yağı reklamları da televiziya ekranlarından əskik olmur. Hətta iş o yerə çatıb ki, artıq onu balıq dadı verməyən balıq yağı kimi təqdim edir və uşaqlara çox müsbət təsirinin olacağını israrla bildirirlər. Bəs görəsən balıq yağının orqanizm üçün faydaları hansılardır? Satışda olan bütün balıq yağları eyni müsbət təsiri göstərirmi? Balıq yağının istifadə qaydası necə olmalıdır və daha çox kimlərə məsləhət görülür? Balıq yağı alarkən hansı xüsusiyyətlərə diqqət etmək lazımdır ki, gözlədiyimiz effekti ala bilək?

Bununla bağlı tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirir ki, balıq yağı insan bədəninin öz-özünə istehsal etməyib, kənardan qidalarla alması lazım olan əhəmiyyətli iki əsas yağ turşusu EPA və DHA-nın (omeqa-3) ən əhəmiyyətli qaynağıdır. Həmçinin, balıq yağının tərkibində A və D vitaminləri də vardır: "Balıq yağı istifadəsi son illərdə gedərək artır. Balıq yağı konsistensiyasına görə durudur, lakin bu yağın mənşəyi heyvanidir. Heyvani yağların əsas kütləsi - bərk yağlardır, hansı ki tərkibində çox miqdarda doymuş yağlar saxlayır. Balıq yağı durudur, deməli, onun tərkibində çoxlu miqdarda doymamış yağ turşuları vardır, bitki yağlarındakı kimi".

Omeqa-3 hər gün orqanizmə daxil olmalıdır

Həkim bildirir ki, balıq yağı digər yağlar kimi 2 hissədən ibarətdir - yağ turşularından və qatışıqlardan. Balıq yağının tərkibində çox miqdarda Omeqa-3 yağ turşuları və Omeqa-6 yağlar vardır: "Omeqa-3 və Omeqa-6 yağlar - əvəzedilməz yağlardır və orqanizmə hər gün daxil olmalıdır, çünki orqanizm onları sintez edə bilmir. Bütün bu yağlar balıq yağında var. Omeqa-6 xüsusi əhəmiyyətə malik deyil, onu digər
[1] 2 3...6 >>
Cəmi 457 nəfər oxuyub
Bəyənən (89) | Bəyənməyən (91)
Dostlarınla Paylaş

Saytda 105 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024