Mənim sevgilim

Mənim sevgilim


Mənim sevgilim
Mənim tənha qoyub,gedən əzizim.
Sənsiz yaşamaqdan,məna görmürəm.
Elə bil tutulub tamam,sağ gözüm.
Bir gözlə necədir, dünya,görmürəm....
Qışı qış görmürəm, yazı-yaz gülüm.
Toyu-toy görmürəm, yası-yas gülüm.
Dolaşıb ünvanım, işim, mənzilim.
Gündüzdür, gecədir, dünya görmürəm....
Həyat gözlərimdə, gözündən batıb.
Az qala yadımdan çıxıbdır adım.
İtibdir hər şeyin ləzzəti, dadı.
Şirindir-acıdır, dünya bilmirəm....
Əzilib sınmışam, daşlıq içində.
Boz daşa dönmüşəm, daşlıq içində.
Gəzib dolaşıram, boşluq içində.
Nə şeydir, nəçidir, dünya bilmirəm....
Canlıyam, ya nəyəm, baş açmayıram.
Göydəyəm, yerdəyəm, baş açmayıram.
Bəlkə sehrdəyəm, baş açmayıram.
Kələk, tapmacadır, dünya bilmirəm....
Dünya tamaşadır, belə deyiblər.
Sənsiz o tamaşa, bitdi heyflər...
Qaldı sənlə keçən ömrüm seyfdə,
Dumanlı bacadır, dünya bilmirəm...
Cəmi 2668 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 97 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023