Vitaminlər,hansı nəyə xeyirdir

Vitaminlər,hansı nəyə xeyirdir


Vitaminlər - hansı nəyə xeyirdir?
Vitaminlər - üzvi birləşmələr olub, insan və heyvanların qidasının zəruri hissəsidir. Maddələr mübadiləsinin tənzimində çox cüzi miqdarda vitaminlər lazımdır. Canlı orqanizmlər vitaminsiz yaşaya bilməzlər. Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır. Lakin onlar, həmçinin balıq və ət məhsullarında, süddə, yumurtada da vardır.

qidanın tərkibində vitaminlər olmadıqda orqanizmin funksiyası pozulur və xəstəliklər-avitaminoz (sinqa,raxit,qanaxma,boyatmanın ləngiməsi) baş verir. Bəzi vitaminlər işığın, temperaturun və oksigenin təsirindən dağıldığından qəbul olunmuş belə qidada vitaminlər çatışmır və orqanizm vitamin çatışmazlığından əziyyət çəkir.

Vitaminlər iki qrupa bölünür:
a) suda həll olan (C vitamini və B qrupu vitaminlər),
b) yağda həll olan (A,D,E,K) vitaminləri aiddir.

Vitaminlərin kəşf olduğu tarixlər:
A vitamini - 1913.
B1 vitamini - 1910.
C vitamini - 1920.
D vitamini - 1920.
B2 vitamini - 1920.
E vitamini - 1922.
B12 vitamini - 1926.
B5 vitamini - 1931.
B7 vitamini - 1931.
B6 vitamini - 1934.
B3 vitamini - 1936.
B9 vitamini - 1941.

C-vitamini
C-vitamini-askorbin turşusu vitaminlərin ən geniş yayılmış forması olub, orqanizmin maddələr mübadiləsinin bir çox kimyəvi proseslərində iştirak edir. Askorbin turşusu oksidləşmə-reduksiya reaksiyalarında, amin turşularının mübadiləsində iştirak edir. O, hormonların sintezində, sümük və qığırdaq toxumasının əmələ gəlməsində, yaraların sağalmasında zəruri maddədir. Askorbin turşusu qan yaranmasına təsir göstərir, zəhərlənmədən xilas olmaqda orqanizmə kömək edir.

Avitaminoz zamanı sinqa xəstəliyi əmələ gəlir. Sinqa zamanı nəfəs təngimə, fiziki zəiflik, tez yorğunluq, əsəbilik, yuxulama kimi hallar baş verir. Qan damarları kövrək olur və dəridə qanaxma
[1] 2 3 >>
Cəmi 630 nəfər oxuyub
Bəyənən (104) | Bəyənməyən (115)
Dostlarınla Paylaş

Saytda 62 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024