Ballı tort resepti


Tərkibi:
3 yumurta
1,5 st şəkər tozu
2 x.q bal
150 q yağ
1 ç.q soda
1/2 paket vanil
3 st un
Qaba töküb yaymaq üçün 5-6 x.q un

Hazırlanması:
Tunc qaba (vəya balaca qazana, buxarda bişmə prosesi gedəcəyinə görə gərək qab istiyə davamlı əriməyən olsun) yumurtaları sındırıb çalırıq. Şəkər tozunu əlavə edib yenə çalırıq. Yumşalmış kərə yağını və balı əlavə edib çalırıq. Qazın üstündə vam odda ya da su buxarında şəkər tozu əriyənə qədər 5-10 dəqiqə (ağarıb uzanana qədər) qarışdırırıq. Qarışığı götürən kimi üstünə sodanı 1 ç.q sirkədə(üzüm və ya alma sirkəsi) açıb qaba əlavə edib qarışdırırıq. Sonra vanil və unu da əlavə edib yaxşı qarışdırırıq(xəmir nə bərk nə də çox yumşaq olmamalıdır əgər xəmir aparsa 3 stəkandan biraz çox da un tökə bilərsiniz). 5-6 kündə ayırıb diametri 28 sm yayırıq və soba qabının dibinə xəmir yapişmasın deyə biraz un səpirik, yaydığımız xəmiri ehtiyatla soba qabına yerləşdiririk
Hara yapışmaq istəsə un səpin. Xəmirin altında da un qalsın ki, yapışmasın. 180 dərəcədə qızdırılmış sobada 8-10 dəqiqəyə bişiririk. 4 ədəd lay alınacaq. Hamısını bişirdikdən sonra mətbəx fırçası ilə ununu təmizləyirik. Laylar soyuduqdan sonra eyni ölçülü olmaları üçün qab qoyub kəsirik.
Birinciyə qab qoyub kəsirik sonra kəsdiyinizi o birilərin üstünə qoyub yanlarını kəsirik. Yanları əlimiz ilə ovuruq. Ovuntu eyni olsun deyə onu aşsüzəndən keçiririk. Düz qabda layları bir-bir üst-üstə qoyub kremləyib qoz səpirik. Sonuncu layı qoyub üstünü və yanını kremləyirik. Tortu yandan bıçaqla qaldırıb bir əlimizin ortasına alıb yanlarına ovxantı vururuq. Qalan qırıntıları üstünə səpirik. Zövqə görə qozla istədiyimiz kimi bəzəyirik. Bir neçə saatdan sonra kəsib yeyə bilərsiniz.
Cemi 43 nefer oxuyub
Beyen(6) | Beyenme(8)
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Ballı tort resepti məqaləsini oxu


Ballı tort resepti, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, Ballı tort resepti, yukle

Saytda 56 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021