Quru dərilər üçün maskalar

Quru dərilər üçün maskalar


Bananlı maska

1 ədəd bananın qabığını soyub əzin. Əzilmiş banan üzərinə qaymaq əlavə edin, qarışdıra-qarışdıra bura kartof unu tökün. Maskanı tətbiq etmədən öncə gözətrafı dəriyə qidalandırıcı krem çəkin. Hazırlanmış maskanı nazik qatla dərinizə çəkin, quruduqdan sonra qırışların daha çox olduğu yerlərə bir daha çəkin. Sonra üzünüzü tənzif salfetlə örtün, 30-40 dəqiqə saxlayın. Maskanı isti suda isladılmış pambıqla silin. Bir gündən bir bu maskanı dərinizə tətbiq edin. Kurs 10 prosedurdur. 1-2 aydan sonra kursu təkrar etmək olar.

Yumurta sarısı ilə maska

Çalınmış 1 yumurta sarısı və qaymağın üzərinə 1 xörək qaşığı çobanyastığı dəmləməsi əlavə edin. Tənzif salfeti isladıb üz-boyun dərisinə 15-20 dəqiqəlik qoyun.

Yulaf unu ilə maska.

1 hissə yulaf unu üzərinə 2 hissə qaymaq və ya rafinə edilməmiş bitki yağı əlavə edin. Maskani 20-30 dəqiqəlik üzünüzə çəkin, sonra yuyun.

Xamalı-ballı maska

Quru dəri üçün təzə xamadan istifadə edin. Bir az turşumuş xama dərini qıcıqlandıra bilər. Xamanı 1 çay qaşığı bal və 1 damcı istənilən sitrus meyvəsinin şirəsi ilə qarışdırın, üzünüzə çəkib yuyun.
Cəmi 406 nəfər oxuyub
Bəyənən (73) | Bəyənməyən (68)
Dostlarınla Paylaş

Saytda 155 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024