Ev şəraitində hazırlanan maskalar

Ev şəraitində hazırlanan maskalar


Ev şəraitində hazırlanan maska

Bu maskanı hazırlamaq üçün sizə lazımdır: 15 qram maya, 2 xörək qaşığı kəsmik, 1 çay qaşığı bitki yağı (zeytun yağı), 4 ədəd doğranmış qoz.
Maya və kəsmiyi qarışdırıb, 20 dəqiqəlik isti yerdə saxlayın. Sonra ora digər inqrediyentləri əlavə edib qarışdırın, üzünüzə çəkin, 20 dəqiqə sonra isti su ilə yuyun.

Maya, yağ və südlü maska

1 xörək qaşığı maya, zeytun yağı və bir az südü qarışdırıb, üzünüzə çəkin, 20 dəqiqə saxlayıb yuyun.

Dondurulmuş qarpız şirəsi

Belə şirə ilə üzünüzü silin, 10 dəqiqə sonra yuyunun.

Yağlı-yumurta sarılı maska

Yarımçıq yumurta sarısını çalıb, ora 1 damcı zeytun yağı əlavə edin. Maskanı dərinizə çəkin, 15-20 dəqiqə saxladıqdan sonra isti suya batırılmış pambıqla silin.

Portağallı maska

Yarımçıq portağalın şirəsini 1 yumurta sarısı, 1 xörək qaşığı bitki yağı və 1/2 qaşıq balla qarışdırın, üz və boyun dərinizə çəkin, 15 dəqiqə sonra isti su ilə yuyun.

Südlü (qaymaqlı) kartoflu maska

1 ədəd suda bişmiş əzilmiş kartofu süd (yağlı dəri üçün) və ya qaymaqla (quru dəri üçün) qarışdırın, isti şəkildə üzünüzə çəkin.

Köklü maskalar

1. Kökü sürtkəcin xırda gözündən keçirib, onu 1 yumurta sarısı ilə yaxşı-yaxşı qarışdırın, üzərinə 2-3 damcı limon şirəsi və bitki yağı əlavə edib qarışdırın, üzünüzə çəkin, 15-20 dəqiqədən sonra isti su ilə yuyun.
2. 2 ədəd təzə kökü sürtkəcdən keçirin, 2 xörək qaşığı kartof unu və 1 yumurta sarısı əlavə edib qarışdırın. Təmizlənmiş dəriyə çəkin. Bu maska dərini ətraf mühitin mənfi təsirindən qoruyur, qırışları hamarlaşdırır.
Cəmi 477 nəfər oxuyub
Bəyənən (78) | Bəyənməyən (72)
Dostlarınla Paylaş

Saytda 129 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024