Geniş Kitabxana
Ağardıcı maska
Dəri ağartmaq üçün bir çox dəri ağardıcı kremlər, dəri ağardıcı maskalar və dəri ağardıcı losyonlar var. Satışda olan belə dəri məhsulların keyfiyyət göstəricisi nə qədər yüksək olduğuna əmin deyilik, bu səbəbdən sizə tərkibi bizə bəlli olan məhsullardan maskalar təqdim edirik. Əziz xanımlar, sizə üzdəki piqment ləkələrini aradan qaldıran ağardıcı maska reseptləri təqdim edirik:

Yay mövsümü bitər-bitməz xanımlar ağardıcı maskaların istifadəsinə üstünlük verirlər.
1. Bir çay qaşığı cəfərinin suyuna bir qədər xama və 1-2 damcı limon suyu əlavə edinvə qarışdırıb üzünüzə çəkin. 20 dəqiqədən sonra təmizləyin.

Digər bir tövsiyyə edə biləcəyimiz ağardıcı maskamız gündəlik həyatda mətbəxtdə istifadə ediyimiz bəzilərinin hətta salatlarda çox istifadə etdiyi cəfəri göyərtisidir. Üz ağardılmasında istifadə olunur. Bu maskalar solğun və qırışıq dəri üçün də istifadə olunur. Cəfəri dərini vitaminlərlə zənginləşdirir, üzü ağardır və təravətləndirir.

2. Maskanın hazırlanması üçün 1 xörək qaşığı cəfəri şirəsi ilə 1 xörək qaşığı xamanı mikserlə qarışdırın. Alınan qarışığı üzünüzə çəkin və 15-20 dəqiqə ərzində saxlayın. Tələb olunan vaxt keçdikdən sonra, üzünüzü sərin su ilə yuyun.

3. Bir çay qaşığı sarıkök, 1 çay qaşığı yağlı süd (qaymaq da olar) və 1 çay qaşığı balı qarışdırıb üzünüzə çəkin, 20-30 dəqiqədən sonra ilıq su ilə yuyun. Bu maskanı bir gündən bir etməyiniz məsləhətdir.

Qeyd: Maskanı üzünüzə çəkərkən əlcək geyinməyi unutmayın, əks təqdirdə dırnaqlarınızda­ sarıkökün ləkəsi qala bilər.

4. Bir xörək qaşığı limon suyu, 10 damcı 5%-li perekis məhlulu, 1 çay qaşığı süd və az miqdarda şampun əlavə edib qarışdıraraq üzə çəkilir, 10 dəqiqədən sonra üzdən təmizlənir.

Qeyd: Maska son dərəcə effektli olmasına baxmayaraq, həssas dərili xanımlara tövsiyə olunmur. Bu maska salon prosedurlarına aiddir.

5. Növbəti maskanın hazırlanması üçün 25 qram xırda doğranmış cəfərini 200 ml. qaynar suda dəmləyin. Bundan sonra yüngül hərəkətlərlə cəfəri ilə su qarışığını dərinizə hopdurun. Bu maskanı tonik əvəzi gündə bir neçə dəfə istifadə edə bilərsiniz.

6. Bir qabın içinə qabıqlarını soyduğunuz bir ədəd pomidoru ikiyə doğrayın və blendr ilə yaxşıca püre halına gətirin. Üzərinə pasta halına gətirəcək qədər un tökün və qarışdırıb, tünd pasta halına gətirin. Bu qarışığı dodaqlarınız və göz ətrafınız xaricində bütün üzünüzə sürtün və quruyana qədər gözləyin. Ardından ilıq su ilə yuyun. Bu maskanı həftədə 3 – 4 gün gündə bir dəfə tətbiq edin. Zamanla həm dəri rənginizin açıldığını, dəri rənginizin ağardığını həm də üzünüzdə olan sızanaqların keçdiyini görəcəksiniz.

7. Bir fincan suyu qaynadın və içinə 2 xörək qaşığı çobanyastığı çayı tökün və qarışdırıb 5 dəqiqə daha qaynadıb ocaqdan götürün və süzün. Süzdüyünüz suyun içinə 1 xörək qaşığı bal ilə bir xörək qaşığı gül suyu əlavə edin və qarışdırın. Bu maskanı ağzı bağlı bir şüşə qabın içinə qoyub, hər gün bir dəfə içindən istifadə edəcəyiniz qədər alıb dodaqlarınız və göz ətrafınız xaricində bütün üzünüzə sürtün və 10 dəqiqə sonra ilıq su ilə yuyun. Bu maska dəri rəngini açmaq üçün, dərisi ağartmaq üçün çox faydalıdır.

8. Bir qabın içinə 2 xörək qaşığı paxla unu, 1 ədəd yumurtanın ağını, 2 çay qaşığı lavanta yağını tökün və qarışdırın. Bu maskanı yenə dodaqlarınızdan və göz ətrafınızdan uzaq tutaraq bütün üzünüzə sürtün. 10 dəqiqə bu dəri ağardıcı maskanı üzünüzdə gözlədin və ardından ilıq su ilə yuyun. Bu maska dərinin rəngini açarkən eyni zamanda üzünüzdəki sızanaqlar, qara nöqtələri məhv etmək üçün də olduqca təsirli bir üsuldur.

9. Bir stəkan suyu qaynadın və içinə bir yemək qaşığı cökə atıb 10 dəqiqə dəmlədin. Dəmlənən cökəni süzün və içinə bir çay qaşığı limon suyu və bir çay qaşığı alma suyu əlavə edin və qarışdırın. Bu qarışığı hər gün üzünüzə sürtün və qurumağa buraxın.Bir müddət sonra dəri rənginizin ağardığını və dərinizin daha canlı daha parlaq göründüyünü fərq edə bilərsiniz.
Cemi 5 nefer oxuyub
Beyen(0) | Beyenme(0)
Paylaş:
Qarışıq Məqalələr
Dostlarınla Paylaş

Ağardıcı maska - Qarışıq Məqalələr | Tatli.Biz
Ağardıcı maska məqaləsini oxumaq üçün daxil olun
Ağardıcı maska, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus

Saytda 115 nəfər

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Məlumat Axtar, Kinolar, Seriallar, Android Dünyası, Hansı gün doğuldun?, Instagram-dan video(şəkil) yüklə, İşığa borcunu öyrən, Qaza borcunu öyrən, Suya borcunu öyrən, Whatsapp Plus 2021, Instagram Plus, Youtube Plus, Online Dərsliklər, Inşalar toplusu, Atalar Sözləri və Məsəllər, Geniş Kitabxana, Qadın Dünyası, Bürclərin Sirri, Islam Aləmi, Aforizmlər - Dahilərin sözləri, Online Xəritə, Koronavirus canlı izlə(COVID-19, II Dərəcə Tənlik Hesabla, Futbol Nəticələri, Idman Xəbərləri, Namaz vaxtları, Valyuta Məzənnəsi, Valyuta Hesabla, Webmoney Hesabla(WMR), Online Tərcümə, Tapmacalar, Bürc-il Yoxla, Doġum gününü hesabla, Ideal çekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Silinmiş şəkillərin geri qaytarılması, Wap+Web Skaner, Domen Yoxla, IP Axtar, Qrab Yarat, Kodlaşdırma, Simvol Kodları, Hərf Kodları, Rəng Kodları, Saytın şəklini çek, Telefon modelini dəyiş, Smayl düzəlt, Icon düzəlt, Button düzəlt, Lətifələr, Qurani Kərim - Səsli(Azərbaycanca), Qurani Kərim - Səsli(Türkcə), Qurani Kərim - Səsli(Rusca), Qurani Kərim - Səsli(Ərəbcə), Nağıllar, Dərman Axtar(Qiyməti), Tanınmış Simalar, Maraqlı Məlumatlar, Moda - Gözəllik, Sağlamlıq, Ailə və Uşaq, Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin, Show Biznes, Qarışıq Xəbərlər, Online Foto, Ən Son Xəbərlər, Koronavirusla Mübarizə Testi
xml | xml2 | html | ror | wikipedia | media

©Tatli.Biz 2010-2021