Geniş Kitabxana
Saç tökülməsinə qarşı maska
Saç uzatmağın ən effektiv vasitələrindən biri də maskalardır. Saç maskalarını bilavasitə yumaqdan əvvəl çəkmək məsləhət görülür. Xüsusi fırça və ya süngərdən istifadə sizin işinizi asanlaşdıracaq. Biz ən yaxşı saç maskalarının kolleksiyasını toplamışıq.

1. Saç uzadan möcüzə maska.

Çox effektli bir maskadır, bu maskanı "xardal maskası" adlandırırlar, bir ay ərzində saçları 15 sm qədər uzada bilir. Maskanın resepti çox sadədir, baş dərisini qızdıraraq, saç folikullarına qan axınını təmin edir:

2 xörək qaşığı xardal tozunu (ədviyyat şöbəsində satılır) qaynar su ilə qarışdırmaq
2 xörək qaşığı qaynar su
1 ədəd yumurtanın sarısı
2 xörək qaşığı zeytun (şaftalı, dulavratotu və digər kosmetik yağlardan biri)
2 çay qaşığı şəkər tozu (şəkər nə qədər çox olsa, xardal bir o qədərdə "acı").
Saç uclarına toxunmadan, saçların arasında baş dərisinə çəkilir. Salafan plyonka və ya paketlə baş sarılır. Başdakı yanğıdan asılı olaraq 15 dəqiqədən 1 saatadək gözləmək lazımdır. Əgər o qədərdə cox yandırmırsa, onda yaxşı olar ki, gözəl bir hörüyün xəyalını quraraq 1 saat belə gəzəsiniz. Yox əgər başınızda "yanğın baş verirsə", onda 15-20 dəqiqə gözləməniz yetərlidir. Daha sonra başınızdan maskanı ilıq su ilə, yüngülcə yaxalayın və şampunla yuyun.

2. Güclü saç tökülmələrinə qarşı olan saç maskası.

Beləliklə:
1 qaşıq gənəgərçək yağı
1 qaşıq soğan şirəsi (lakin mütləq şirə, sıyıq olsa saçlarınız iy verəcək)
1 qaşıq kalendula qarışığı
1 qaşıq istiot qarışığı
1 qaşıq bal
1 qaşıq konyak
1 ədəd yumurtanın sarısı
Qaşığın ölçüsü saçın qalınlığından asılıdır. Başa sürtdükdən sonra papaq taxıb, rahatlıqla işlərini görə bilərsən.

3. Sehirli şampun

Qalın, parlaq, qeyri-adi gözəl saçların sirrini siznlə bölüşmək istəyirəm. Bunun sirri sadə, lakin təsirlidir.
10 mumiya tableti götürüb, şampunla qarışdırın. Şampun tündləşəcək, amma belədə olmalıdır. Başınızı yuyanda adi vaxtdakı kimi şampunlayın, köpürdüb saçları köpükdə 3-5 dəqiqə saxlayın ki, mumiya yaxşı təsir eləsin. Bu prosedurlardan sonra saçlarınız daha sağlam, möhkəm və qalın olacaq.

4. Saçların qalınlığını artırmaq üçün maska

Daha əlverişli və ucuz resept: qatıq+ bal+ maya. 2 çay qaşığı mayaya su və ya süd əlavə eləyib, 1 saat gözləyin. Daha sonra 2-3 xörək qaşığı bal, yarım stəkan turş süd məhsulu ( nə qədər ucuz olsa, bir o qədər naturaldır) turş süd, qatıq, qımız götürüb qarışdırırıq. Bunu saçlara bütün uzunluq boyu çəkib, başın dərisinə yaxırıq, polietilinlə sarıyıb, üzərinə dəsmal və ya yaylıq bağlayıb 1 saat gəzirik. Ot dəmləri, alma sirkəsi (həcmi artırır, parlaqlıq verir) ilə yaxalamaq olar.

5. Saçların uzanması üçün qaynaqla maska

Bu maska tüklərin filekullarını qidalandırır və baş dərisinə qan axınını təmin edir.Bundan əlavə çay turşu-qələvi balansını yaxşılaşdırır, dəri piyinin artıqlarını aradan qaldırır, saçlar daha az yağlanır, parıldayır və gözəl şabalıdı kölgə alırlar. 2/1 araq şüşəsinə 250 qr quru çay dəmi əlavə olunur. Çaya araq töküb 2 saat dəmləyirsiniz. Süzdükdən sonra, dəmi atırsınız, alınan qarışımı isə baş dərisinə çəkib, üzərini selofan və dəsmalla sarıyırsınız. Yaxalamaq rahat olacaq. Bunu başda 1 saat saxlamaq olar. Daha sonra su və şampunla yaxalayırsan. Bunu həftədə iki dəfə təkrarlamaq lazımdır. İki həftədən sonra, uzun saçlarınızın arasından yeni çıxan saçlardan həzz alacaqsınız.
Cemi 12 nefer oxuyub
Beyen(1) | Beyenme(1)
Paylaş:
Qarışıq Məqalələr
Dostlarınla Paylaş

Saç tökülməsinə qarşı maska - Qarışıq Məqalələr
Saç tökülməsinə qarşı maska məqaləsini oxumaq üçün daxil olun
Saç tökülməsinə qarşı maska, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus

Saytda 91 nəfər

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Məlumat Axtar, Kinolar, Seriallar, Android Dünyası, Hansı gün doğuldun?, Instagram-dan video(şəkil) yüklə, İşığa borcunu öyrən, Qaza borcunu öyrən, Suya borcunu öyrən, Whatsapp Plus 2021, Instagram Plus, Youtube Plus, Online Dərsliklər, Inşalar toplusu, Atalar Sözləri və Məsəllər, Geniş Kitabxana, Qadın Dünyası, Bürclərin Sirri, Islam Aləmi, Aforizmlər - Dahilərin sözləri, Online Xəritə, Koronavirus canlı izlə(COVID-19, II Dərəcə Tənlik Hesabla, Futbol Nəticələri, Idman Xəbərləri, Namaz vaxtları, Valyuta Məzənnəsi, Valyuta Hesabla, Webmoney Hesabla(WMR), Online Tərcümə, Tapmacalar, Bürc-il Yoxla, Doġum gününü hesabla, Ideal çekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Silinmiş şəkillərin geri qaytarılması, Wap+Web Skaner, Domen Yoxla, IP Axtar, Qrab Yarat, Kodlaşdırma, Simvol Kodları, Hərf Kodları, Rəng Kodları, Saytın şəklini çek, Telefon modelini dəyiş, Smayl düzəlt, Icon düzəlt, Button düzəlt, Lətifələr, Qurani Kərim - Səsli(Azərbaycanca), Qurani Kərim - Səsli(Türkcə), Qurani Kərim - Səsli(Rusca), Qurani Kərim - Səsli(Ərəbcə), Nağıllar, Dərman Axtar(Qiyməti), Tanınmış Simalar, Maraqlı Məlumatlar, Moda - Gözəllik, Sağlamlıq, Ailə və Uşaq, Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin, Show Biznes, Qarışıq Xəbərlər, Online Foto, Ən Son Xəbərlər, Koronavirusla Mübarizə Testi
xml | xml2 | html | ror | wikipedia

©Tatli.Biz 2010-2021