Saç canlandıran maskalar

Saç canlandıran maskalar


Saçların tez bir zamanda canlanması üçün:


Tərkibi:


2 yumurta


1 x.q zeytun yağı


1 x.q qliserin


1 x.q sirkə(mümkünsə alma sirkəsi)


İstifadə qaydası:Yumurta ilə ediləcək zülal maskası hər növ saça uyğundur.Yumurtanı çırpın və içinə yavaş-yavaş zeytun yağı,qliserin və sirkə (mümkünsə alma sirkəsi) əlavə edin.Saçınızı bir dəfə şampunladıqdan sonra bu qarışığı sürtüb 15-20 dəqiqə gözləyin.Qısa müddətdə saçlarınızın canlandığını görəcəksiniz.

Qidalandırıcı maska


1 yumurta sarısı,1/3 stəkan dəmlənmiş çay,1 x.q. badam yağı və damla limon suyunu bir qabda qarışdırın.Saç dərisinə sürtüb masaj edərək dibinə yeridin.10-15 dəqiqə saxlayıb yuyun.

Kefir maskası


Kefir və qatıq maskaları çox faydalıdır.Bu cür maskalar kəpəyi yox edər,saçları gücləndirər,saç tökülməsinin qarşısını alar,saçlara parlaq görünüş verər.Saçlarınıza kefiri və ya qatığı sürtün,saç diblərinə yaxşı-yaxşı masaj edərək yeridin.Əvvəl salafanla başınızı bağlayın,üzərindən də yaylıq örtün.15-20 dəqiqə gözlədikdən sonra ilıq su və şampunla yuyun.

Yumurta və soğan maskası


Tərkibi: 1 ədəd quru soğan

1 yumurta sarısı


Soğanı incə rəndələyin,yumurta sarısı ilə qarışdırın.Hazırladığınızı saç diblərinə sürtün.Sonra başınızı əvvəl salafan,üstündən də yaylıqla bağlayın.Maskanı saçınızda 1-2 saat saxlayın.Sonra saçları ilıq su və şampunla yuyun.


Kakao yağı maskası


Tərkibi:0,5 stəkan günəbaxan yağı

1 x.q. kakao yağı

1 x.q. susuz lanolin


Qumral və tünd rəngli saçları olanların edə biləcəyi başqa bir müalicə üsulu da budur.İçində qaynar su qaynayan geniş bir qazanın içinə ondan daha kiçik ölçülü bir qab yerləşdirin.Bunu elə edin ki,bu altdakı böyük qazanın dibinə
[1] 2 >>
Cəmi 376 nəfər oxuyub
Bəyənən (55) | Bəyənməyən (53)
Dostlarınla Paylaş

Saytda 99 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024