Gözəl və qalın saçlar

Gözəl və qalın saçlar


Saç ustası Kəmalə Zeynalovanın sözlərinə görə, saçın tökülməsi təbii prosesdir: "Bəzən xanımlar bir-iki teli daraqda qalan kimi həyəcan keçirir, saçlarının töküləcəyini düşünürlər. Gün ərzində 50 tükün tökülməsi adi haldır. Bu halda həyəcan keçirməyə ehtiyac yoxdur. Əgər saçlar çox tökülürsə, bu halda narahat olmağa dəyər. Saçlar normadan çox tökülməyə başlayanda hər dəfə saça daraqla çəkəndə darağın üstündə qalır, yastığın üzərinə tökülür" deyən K.Zeynalova əlavə edib ki, saçlar müxtəlif səbəblərə görə tökülə bilər. Onun sözlərinə görə, pis qidalanmaq, maddələr mübadiləsinin pozulması, genetik faktorlar, çəkinin kəskin aşağı düşməsi, dərman qəbulu, hormonal pozğunluqlar, yuxusuzluq, depressiya, stress və ruh düşkünlüyü, yanlış qulluq, saçların tez-tez rənglənməsi, fenlərdən istifadə saçların tökülməsinə səbəb olur.

Xanımlar saçlarının tökülməsini istəmirlərsə, həyat tərzinə fikir verməlidirlər. Belə ki, düzgün qidalanmadıqda, siqaret çəkdikdə və spirtli içki içdikdə saçlar tökülməyə başlayır və insan səhhətində tədricən ciddi problemlər yaranır. Bununla yanaşı, saçlara düzgün qulluq da vacibdir. "Çalışın ki, saçlarınızı yuyanda şampunu yaxşı yaxalayasınız. Saçı qurutduqdan sonra ehtiyatla daramaq lazımdır. Yaş saçı isə daramaq məsləhət deyil. Belə ki, bu zaman saçlar asanlıqla qırılır. Saçı qurudarkən də dəsmalla çox sürtmək onların qırılmağına, gözəlliyinin və parıltısının itməsinə gətirib çıxarır. Kimyəvi yolla saçların burulması, düzləşdirilməsi və rənglənməsi isə saçların qənimidir. Bu proseslərdən sonra saçlar gözəlliyinin və sayının yarısını itirir".

Saçların gözəlliyini bərpa etmək üçün saç ustası bir-iki məsləhət də verib: "Yatmazdan əvvəl başın dərisini
[1] 2 3 >>
Cəmi 319 nəfər oxuyub
Bəyənən (50) | Bəyənməyən (53)
Dostlarınla Paylaş

Saytda 31 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023