Gözəl və qalın saçlar

Gözəl və qalın saçlar


masaj edin. Bunun üçün xüsusi masaj daraqları da ala bilərsiniz. Masaj başın dərisinin qan dövranını yaxşılaşdıracaq. Nəticədə saçların kökləri xeyli vitamin qəbul edəcək. Unutmayın ki, daraqları vaxtaşırı sabunla yumaq lazımdır. Darağı başqasına vermək və ya başqasının darağı ilə saçı daramaq da düzgün deyil. Belə etdikdə, müxtəlif dəri xəstəliklərinə yoluxa bilərsiniz. Səliqəsiz adamın darağını istifadə etdikdə isə saça bit də düşə bilər".

Müntəzəm olaraq saça qulluq üçün nəzərdə tutulan maskalar da etmək olar. Lakin saç üçün maska, şampun və başqa vasitələr seçdikdə keyfiyyətlisinə üstünlük verilməlidir. "Ən yaxşısı - təbii maskalar düzəltməkdir. Həm də təbii yolla düzələn maskalar daha effektiv olur. Saça parıltı və gözəllik verən, misal üçün, zeytun yağı və yumurta sarısından hazırlanan maska tətbiq edə bilərsiniz. Bunun üçün 1 çay qaşığı zeytun yağını, 1 yumurta sarısını, 1 çay qaşığı limon suyunu qarışdırıb saçın dibinə sürtüb 1-2 saat saxlayıb yuyun. Saçın tökülməsinin qarşısını almaq üçünsə, 1 litr qaynadılmış suya 2 xörək qaşığı bal əlavə edib başın dərisinə massaj edərək sürtmək olar. Aloye bitkisinin suyu da saç tökülməsinə qarşı çox effektivdir. Aloyenin suyunu hər gün başın dərisinə çəkib, üstündən xüsusi yuyunmaq üçün olan papaq geyinib bir saat saxlayın.

Ümumiyyətlə, saç üçün nəzərdə tutulan maskaların əksəriyyətində yumurta sarısı var. Belə ki, saçın sağlamlığı üçün yumurta sarısı ilə olan maskalar çox xeyirlidir. 2 yumurta sarısını, 1 xörək qaşığı bal, konyak və gənəgərçək yağını blenderə əlavə edib qarışdırın. Alınan qarışığı nəm saçlara çəkib başınızı isti bir şeylə bağlayıb 1 saat saxladıqdan sonra yuyun. Xardalın əlavə olunması ilə
<< 1 [2] 3 >>
Cəmi 339 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 221 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024