Gözəl və qalın saçlar

Gözəl və qalın saçlar


hazırlanan maskalar da saça çox xeyirlidir. 1 yumurta sarısını 1 xörək qaşığı xardalla qarışdırıb saça çəkib yarımsaat saxlayın".

Saçın yaxalanması üçün bitkilərdən dəmləmələr də istifadə etmək olar. Bunun üçün çobanyastığı, gicitkan bitkilərini dəmləmək olar. Saça qulluq üçün ən rahat üsul isə şampunlara meyvə və badam yağının əlavə olunmasıdır. "Lakin nəzərinizdə saxlayın ki, maskalaırn tərkibini tez-tez dəyişmək olmaz. Maska ilə müalicə isə 12-15 dəfə üçün nəzərdə tutulmalıdır. Bir müddət fasilə verəndən sonra isə yenidən başlamaq olar".

Həmsöhbətimizin sözlərinə görə, düzgün qidalanmadan saça maska çəkməklə saçın tökülməsinin qarşısını almaq mümkün deyil. Belə ki, nə yeyiriksə, o, nəinki saçımızda, həm də dərimizdə və əhvalımızda da əks olunur. Bu səbəbdən də, daha çox meyvə, tərəvəz, göyərti, ağartı məhsullarını yemək, cəld yeməklər, süni qida və içkilərdən uzaq durmaq lazımdır. Ümumiyyətlə, saçın parlaqlığı və uzunluğu üçün vitaminlər çox əhəmiyyətlidir. Pəhriz saxladıqda isə saç yaxşı qidalana bilmir və gözəlliyini itirir.

Müsahibimiz əlavə edib ki, bəzən saçların tökülməsi ciddi xəstəliyə də işarə ola bilər: "Əgər saçların tökülməsinin qarşısını almaq olmursa, həkimə müraciət etmək lazımdır. Həm də unutmayın ki, bizim zahiri görünüşümüz daxilimizi də əks etdirir. Odur ki, pis fikirlərdən, bədbinlikdən və stresdən uzaq durmağa çalışın".
<< 1 2 [3]
Cəmi 336 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 121 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024