Yağlı saçlar üçün maska

Yağlı saçlar üçün maska


vəzilərinin sekreti müdafiə funksiyası yerinə yetirən və saçları həddən artıq qurumadan qoruyan nazik, hidrolipid örtük əmələ gətirir. Su-lipid örtüyü dərinin nəmliyini itirməsinin, ultrabənövşəyi şüaların və çirk hissəciklərinin keçməsinin, patogen bakteriyaların çoxalmasının qarşısını alır. Piy vəzilərinin miqdarı və aktivliyi genetik proqramlaşdırılıb; buna görə də yeganə çıxış yolu vasitələrin düzgün seçilməsi və yağlı saçlara gündəlik hərtərəfli qulluq ola bilər. Bundan başqa, saçların vəziyyətinə alimentar, hormonal və başqa faktorlar təsir göstərir.
Saçlar, adətən, cinsi yetişkənlik və yeniyetməlik dövründə yağlı olur. Bu, orqanizmin hormonal dəyişikliklər dövründə testosteron sintezinin artması və piy vəzilərinin ona həssaslığının yüksəlməsi ilə əlaqəlidir. Yağlı dəri, yağlı saçlar, yeniyetməlik sızanaqları kimi problemlərin meydana çıxması məhz bu hormonal dəyişikliklərlə əlaqəlidir. Bundan başqa, saçlar stress, hamiləlik, menopauza və s. nəticəsində daha yağlı ola bilər.

Piy vəzilərinin izafi aktivliyini ədviyyatlı və duzlu qidalar, qazlı içkilər, yağlı məhsullar, fastfood, alkoqol, həmçinin bəzi dərman preparatları stimulyasiya edə bilər. Bir çox hallarda baş dərisinə qeyri-düzgün qulluq (qidalandırıcı yağlar və yağlı maskalar vurmaq), sintetik materiallı baş örtüklərindən istifadə saçların yüksəlmiş yağlılığına revac verir. Daxili sekresiya vəzilərinin, MBT və sinir sisteminin disfunksiyaları saçların vəziyyətində öz əksini güclü şəkildə tapır.

Yağlı saçların meydana çıxmasının daha bir səbəbi seboreyalı dermatitdir; bu zaman nəinki dəri piyinin ifrazı, həm də onun keyfiyyətinin dəyişilməsi baş verir. Bu patoloji vəziyyət dəridə mövcud olan mayayabənzər lipofil göbələklər tərəfindən törədilir
<< 1 [2] 3 >>
Cəmi 466 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 167 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024