Hamilə qadın necə qidalanmalıdır? - Qarışıq Məqalələr


Geniş Kitabxana
Hamilə qadın necə qidalanmalıdır?
Hamiləlik dövründə qidalanmanın keyfiyyəti körpənin sağlam doğulmasına,onun beyin hüceyrələrinin müsbət inkişafına öz təsirini göstərir.Müşahidələr zamanı məlum olmuşdur ki, hamilə qadınların bir çoxunda qan hüceyrələrinin yaranmasında lazımlı olan folikasit,körpənin fiziki və zehni inkişafında təsirli olan yod və sümüklərin inkişafında zəruri olan kalsium diqqətə alınmalı məsələlərdəndir.Eyni zamanda hər il dünyada doğulan altı körpədən birinin 2500qr-dan az və vaxtından əvvəl doğulduğu qeydə alınmışdır.
Hamiləlik dövründə qadınların enerji və qidaya olan tələbatları artır.Bu ehtiyac ödənilmədiyi təqdirdə körpənin inkişafı üşün lazım olan qida maddələri,ananın bədənində olan vitamin və proteinlərlə əvəz olunur.Yəni döl özünə lazım olan maddələri anadan alır.Bunun nəticəsində anada müxtəlif növ xəstəliklər əmələ gəlir və bədənin infeksiyalara qarşı müqaviməti azalır.Belə hallar doğum riskini artıraraq,hamiləlik zəhərlənməsi və ananın ölümü kimi hallara səbəb ola bilər.Körpələrdə isə ölü doğulma və fiziki,zehni inkişafın geriləməsinə,xəstəliklərə qarşı bədənin müqavimətinin azalmasına gətirib çıxarır.
Gördüyünüz kimi, qidalanma həm ana , həm də körpə üçün çox əhəmiyyətli məsələdir.Məlum olsun ki, hamiləliyin hansı ayında olmasından asılı olmayaraq qidalanma məsələsinə riayət etmək gec deyildir. Hətda axır aylarda olsa belə ana öz qidalanmasına diqqət yetirər vitaminlərdən dəmi və kalisiumdan istifadə edərsə bu yenə də körpənin gələcəyi üçün çox önəmli olacaqdı. Buna görədə analar aşagıdakı töfsiyyələrə qarşı çox diqqətli olmalıdı.
Əziz xanımlar gündəlik yediklərinizə hər gün azı 2stəkan süd və ya qatıq əlavə etməlisiniz.Bundan əlavə bir-iki kibrit qutusu ölçüsündəpendir yeməyiniz məsləhətdir.Çiy süd və ondan hazırlanan pendirlərdə zərərli mikroblar mövcud olduğundan pastorizə edilmiş,yəni qablaşdırılmış süd və pendirdən istifadə edin.Eyni zamanda gündəlik yeməyinizdən əlavə,bir ədəd yumurta və ya heç olmazsa yumurta böyüklüyündə ət,toyuq,balıq,mərci və ya noxudlu suplardan istifadəyə diqqət etmək lazımdır.Vitaminlərlə zəngin olan təzə göy-göyərti və meyvələrdən hər gün davamlı olaraq istifadə etməyin.Çalışın ki,az-az,amma tez-tez yeyesiniz.Belə olduqda yemək tez həzm olunur və nəticədə bağırsaqlarda tıxanma yaratmır.
Müqəddəs İslam dini bu məsələnin də üzərindən sadəliklə ötüb keçməmişananın nələrlə və necə qidalanması barədə öz qiymətli tövsiyələrini vermişdir..Hətda oruc tutmağın vacib olduğu bir ayda-mübarək Ramazan ayında hamilə və süd verən qadınlara oruc tutmağın zərər verəcəyi təqdirdə onlara oruc tutmaq vacib edilməmiş,sonrakı illərdə həmin orucun qəzaları vacib bilinmişdir.İndi isə gəlin məsumların(ə)tövsiyyələrinə qulaq asaq.
BAL:
Peyğəmbərimiz(s) buyurub:Sizə iki şəfa verən şeyi tövsiyyə edirəm:Quran,bir də bal.Kim öz yaddaşını gücləndirmək istəyirsə bal yesin .
Bal haqqında belə hədislər çoxdur.Balın faydaları demək olar ki,heç kəsə gizli deyil.Balın tərkibində çoxlu vitaminlər,duz və mineral maddələr var.Hamilə qadınlar yaxşı olar ki,balı südə qarışdırıb içsınlər.Bunun həm onlara,həm də körpələrinə həddən çox faydası var.
Cemi 24 nefer oxuyub
Beyen(3) | Beyenme(3)
Paylaş:
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Hamilə qadın necə qidalanmalıdır? məqaləsini oxumaq üçün daxil olun


Hamilə qadın necə qidalanmalıdır?, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, Hamilə qadın necə qidalanmalıdır? - Qarışıq Məqalələr

Saytda 78 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021