Hamilə qadın necə qidalanmalıdır?

Hamilə qadın necə qidalanmalıdır?


Hamiləlik dövründə qidalanmanın keyfiyyəti körpənin sağlam doğulmasına,onun beyin hüceyrələrinin müsbət inkişafına öz təsirini göstərir.Müşahidələr zamanı məlum olmuşdur ki, hamilə qadınların bir çoxunda qan hüceyrələrinin yaranmasında lazımlı olan folikasit,körpənin fiziki və zehni inkişafında təsirli olan yod və sümüklərin inkişafında zəruri olan kalsium diqqətə alınmalı məsələlərdəndir.Eyni zamanda hər il dünyada doğulan altı körpədən birinin 2500qr-dan az və vaxtından əvvəl doğulduğu qeydə alınmışdır.
Hamiləlik dövründə qadınların enerji və qidaya olan tələbatları artır.Bu ehtiyac ödənilmədiyi təqdirdə körpənin inkişafı üşün lazım olan qida maddələri,ananın bədənində olan vitamin və proteinlərlə əvəz olunur.Yəni döl özünə lazım olan maddələri anadan alır.Bunun nəticəsində anada müxtəlif növ xəstəliklər əmələ gəlir və bədənin infeksiyalara qarşı müqaviməti azalır.Belə hallar doğum riskini artıraraq,hamiləlik zəhərlənməsi və ananın ölümü kimi hallara səbəb ola bilər.Körpələrdə isə ölü doğulma və fiziki,zehni inkişafın geriləməsinə,xəstəliklərə qarşı bədənin müqavimətinin azalmasına gətirib çıxarır.
Gördüyünüz kimi, qidalanma həm ana , həm də körpə üçün çox əhəmiyyətli məsələdir.Məlum olsun ki, hamiləliyin hansı ayında olmasından asılı olmayaraq qidalanma məsələsinə riayət etmək gec deyildir. Hətda axır aylarda olsa belə ana öz qidalanmasına diqqət yetirər vitaminlərdən dəmi və kalisiumdan istifadə edərsə bu yenə də körpənin gələcəyi üçün çox önəmli olacaqdı. Buna görədə analar aşagıdakı töfsiyyələrə qarşı çox diqqətli olmalıdı.
Əziz xanımlar gündəlik yediklərinizə hər gün azı 2stəkan süd və ya qatıq əlavə etməlisiniz.Bundan əlavə bir-iki kibrit qutusu ölçüsündəpendir yeməyiniz
[1] 2 >>
Cəmi 381 nəfər oxuyub
Bəyənən (57) | Bəyənməyən (55)
Dostlarınla Paylaş

Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024