İmmunitedi gücləndirən qidalar

İmmunitedi gücləndirən qidalar


Dəniz məhsullarının bütün növləri və badam qəbul etmək immun sistemini gücləndirir. Bundan başqa, soğan və sarımsağın tərkibində olan fitonsidlər viruslara qarşı orqanizmi möhkəmləndirir. Bal, arı südü, propolis kimi qidalardan istifadə olunması da çox xeyirlidir. Həmçinin limon, portağal və digər sitrus meyvələrinin tərkibində çoxlu miqdarda askorbin turşusu olduğuna görə orqanizmi gücləndirmək qabiliyyətinə malikdir”.

Bəzən immuniteti gücləndirmək məqsədilə dərman preparatları da qəbul edilir, lakin bu zaman ardıcıllığa fikir vermək lazımdır. Həkim-terapevt deyib: “Orqanizmi dərmanlarla qorumağa çalışanda 20 gün, qış fəslində isə 1 ay müddətində vitaminlər qəbul edilməlidir. Lakin immun sistemini gücləndirmək üçün gün ərzində rasiona təbii qidalar daxil etmək daha düzgündür”.

Mütəxəssislər bildirirlər ki, indi bütün dünyada geniş yayılan koronavirusa qarşı spesifik müalicə, onu yox edən dərman vasitəsi olmasa da, immuniteti gücləndirən qidalara üstünlük vermək virusa qarşı mübarizədə ən doğru yoldur. Bəzən insanlar çox qida qəbul etməklə orqanizmin müqavimətini artırmağı düşünürlər. Lakin bu, doğru deyil. İmmuniteti gücləndirmək üçün vitaminlərlə zəngin qidaları balanslı və mütəmadi şəkildə qəbul etmək lazımdır.
Cəmi 358 nəfər oxuyub
Bəyənən (49) | Bəyənməyən (58)
Dostlarınla Paylaş

Saytda 143 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024