Tatli.Biz

İngilis dilini öyrənmənin 5 sadə yolu


Xarici dil öyrənərkən özümüz-özümüzə mane ola bilirik. Amma, əslində bunların öhdəsindən gəlmək o qədər də çətin deyil. Etməli olduğunuz şey başlamaq, davam etmək və tərk etməməkdir. Növbəti il "Kaşki, keçən il başlasaydım" deməmək üçün bəzi tövsiyələrimiz var.

İngilis dilini effektiv bir şəkildə öyrənmək və bu müddəti sürətləndirmək üçün 5 sadə üsuldan istifadə edərək dünya dili olan İngilis dilini rahatlıqla öyrənə bilərsən.

1) Səhv et.

İngilis dilini öyrənməyin 5 sadə yolu

Səhv etməkdən, sözləri yanlış tələffüz etməkdən və ya yanlış qrammatika ilə danışmaqdan qorxma. Səhv etmədən praktika etmək və praktika etmədən axıcı İngilis dilində danışmaq mümkün deyil. Etdiyin səhvləri düzəltdikcə irəliləyəcəksən.

2) Tələffüzünü inkişaf etdirmək üçün qeyd elə.

İngilis dilini öyrənməyin 5 sadə yolu

Onlayn İngilis dilində videoları izləyərək və ya İngilis dilində kurslara gedərək sözlərin doğru tələffüzlərini öyrənə bilərsən. Bu öyrəndiklərini Azərbaycan əlifbasından istifadə edərək qeyd etmək köməklik edəcəkdir. Məsələn, "Education" sözünün düzgün oxunuşunu xatırlamaq üçün "Ecukeyşın" formasında qeyd edə bilərsən.

3) Öyrəndiyin yeni sözləri tez-tez təkrar et.

İngilis dilini öyrənməyin 5 sadə yolu

Vaxtın olduqca öyrəndiyin sözləri tez-tez təkrar et. Bunu istəyirsən, televizordakı seriallardan sıxıldığında, istəyirsən yatmadan öncə edə bilərsən. Ən önəmli hissə təkrar etdiyin sözün düzgün tələffüzündən əmin olmaqdır.

4) Bir hədəf müəyyənləşdir.

İngilis dilini öyrənməyin 5 sadə yolu

Özün üçün bir hədəf müəyyənləşdirməyin irəliləmək üçün ən düzgün üsuldur. Zəhmətinin hədər getmədiyini başa düşmək qiymətsizdir. Bunu müxtəlif sertifikat proqramlarına qatılaraq etmək mümkündür, lakin onlayn İngilis dili səviyyəsini ölçən testlər də var və bəzi onlayn İngilis dili dərsi verən saytlar addım-ba-addım öyrənə biləcəyiniz dərs proqramları təklif edir. Onlayn testləri hər ay edərək və ya dərs planlarına riayyət edərək irəliləyişi ölçə bilərsən.

5) Ölkə xaricinə çıxmadan da xaricilərlə ingilis dilində danış.

İngilis dilini öyrənməyin 5 sadə yolu

Xarici ölkəyə gedərək ingilis dili kursuna qatılmağın maddi yükünün fərqindəyik. Passport, viza, qalacaq yer, uçuş bileti, kursların yüksək qiyməti kimi faktorlar İngilis dilinin ana dili olaraq danışıldığı ölkələri ziyarət etmək yükə çevrilir. Bu mənada texnologiyadan faydalanaraq ingilis dilini öyrənmək mümkündür.
Cemi 35 nefer oxuyub
Beyen(6) | Beyenme(5)
Dostlarınla Paylaş

İngilis dilini öyrənmənin 5 sadə yolu məqaləsini oxu


İngilis dilini öyrənmənin 5 sadə yolu, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, İngilis dilini öyrənmənin 5 sadə yolu, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Whatsapp+, Instagram+, Youtube+, mahni indir, pulsuz oyunlar, lazimli programlar, android dunyasi, pulsuz yuklemeler, romantik sekiller, qizlarin sirri, qadin dunyasi

Saytda 81 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
MobTop.az
©Tatli.Biz 2010-2021