Geniş Kitabxana
Südəmər uşağa ət ,yumurta,meyvə nə zaman verilir?
üçün lazım olan zülallarla zəngindir. Mal əti, toyuq və hind quşu ətinin tərkibində 20-21% zülal var. Ətin tərkibi dəmir, maqnium, sink və B qrup vitaminlərlə zəngindir.
Uşağın 6 aylığından tez ət yeməyi məsləhət görülmür. Uşağı ətə öyrəşdirərkən ilk dövrlərdə ət suyunda bişirilmiş tərəvəz püreləri və ya qidalarla başlamaq lazımdır. Ətin suyunu tək və ya qarışım halında uşağa yedirmək olur. Bunun üçün 6 ayından sonra gündə 1 dəfə uşağa az miqdarda ət suyu içirmək və ya ət sıyığı bişirmək lazımdır. Ət sıyığını bişirən zaman ətin suyuna düyü, kartof, yerkökü, soğan, kələm və s. tökərək püre halına gəlnə qədər bişirmək lazımdır. Yeddinci aylığında olan uşağa asanlıqla ət suyunda həll bişmiş tərəvəzlərin qarışımından hazırlanan püreni yedizdirmək olar. Bu yaşda uşağa gün ərzində 60-70 qram ətin özünü də püre şəklində yedizdirmək olar.
Meyvə

Altı aylığından sonra uşağa meyvə şirəsi və ya meyvələrin qarışımından hazırlanan pürelər vermək mümkündür. Mevyvə şirələri və onlardan hazırlanan pürelər çox dadlı olur və uşaqlar onu ləzzətlə yeyirlər. Buna səbəb isə meyvələrin tərkibində olan təbii qlükoza, fruktoza və saxarozadır. Meyvələrin tərkibində olan təbii turşular uşaqların həzm prosesinə təsir edir, buna görə də onları qəbul etdikdə uşaqların bağırsaqları ilə problemləri meydana çıxa bilər. Meyvə şirələri və püreləri uşaq orqanizminin kaliumla zənginləşməsinə səbəb olur.
Südəmər uşaqlara meyvə verməyə başladıqda ilk növbədə alma və ya armud şirələrindən başlanılır. Meyvə şirələri verən zaman uşağın allergiyası olub-olmamasını və uşağın bağırsaqlarının meyvə şirələrinə qarşı verdiyi reaksiyaları nəzarət altında saxlamaq lazımdır. Meyvə şirəsi içən zaman uşaqlar adətən ardını da istəyirlər, amma, ilk gün az miqdar verib bağırsaqlarını nəzarət altında saxamaq, sonrakı günlər isə miqdarını artırmaq lazımdır. Uşaqlara meyvə şirələrinin miqdarını onların bağırsaqıarnın verdiyi reyaksiyaları nəzarət altında saxlayaraq vermək lazımdır.
Kəsmik, qatıq
Süd turşusu məhsullarını da uşağa bir yaşına qədər vermək mümkündür. Südəmər uşağa 7-8 aylığından qatıq və ya kəsmik verilir. Bu qidalar uşaq orqanizmi üçün çox faydalıdır. Südəmər uşağa qatıq və ya kəsmik verərkən onu ev şəraitində özünüz hazırlayıb verməlisiniz.
İlk növbədə uşağa kəsmik vermək lazımdır. Kəsmik uşaq orqanizminin zülala, kalsiuma və yağa olan ehtiyacını ödəyir. 7-8 aylığından uşağa gün ərzində rahatlıqla 50 qram kəsmik və ya qatıq vermək mümkündür.
Yumurta
Yumurta sarısı zülal, yağ və minerallarla zəngindir. Amma, yumurta sarısını uşağa ehtiyatla vermək lazımdır, çünki yumurta sarısı allergik reaksiyalara səbəb ola bilir. 6 aylığından tez uşağa yumurta sarısı vermək məsləhət bilinmir. Uşağa yumurta verməyə başlamazdan əvvəl ona az miqdarda yumurta sarısı vermək, sonra bir müddət gözləmək lazımdır. Gözləməkdə məqsəd uşağın yumurta sarısına qarşı allergiyasının olub-olmamasını yoxlamaqdır. İlk günlərdə yumurta sarısını həftədə 2 dəfədən çox vermək olmaz. Uşağın 1 yaşı bitdikdən sonra ona bir bütöv suda bişmiş yumurta vermək olar.
Cemi 3 nefer oxuyub
Beyen(0) | Beyenme(0)
Paylaş:
Qarışıq Məqalələr
Dostlarınla Paylaş

Südəmər uşağa ət ,yumurta,meyvə nə zaman verilir? - Qarışıq Məqalələr | Tatli.Biz
Südəmər uşağa ət ,yumurta,meyvə nə zaman verilir? məqaləsini oxumaq üçün daxil olun
Südəmər uşağa ət ,yumurta,meyvə nə zaman verilir?, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus

Saytda 84 nəfər

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Məlumat Axtar, Kinolar, Seriallar, Android Dünyası, Hansı gün doğuldun?, Instagram-dan video(şəkil) yüklə, İşığa borcunu öyrən, Qaza borcunu öyrən, Suya borcunu öyrən, Whatsapp Plus 2021, Instagram Plus, Youtube Plus, Online Dərsliklər, Inşalar toplusu, Atalar Sözləri və Məsəllər, Geniş Kitabxana, Qadın Dünyası, Bürclərin Sirri, Islam Aləmi, Aforizmlər - Dahilərin sözləri, Online Xəritə, Koronavirus canlı izlə(COVID-19, II Dərəcə Tənlik Hesabla, Futbol Nəticələri, Idman Xəbərləri, Namaz vaxtları, Valyuta Məzənnəsi, Valyuta Hesabla, Webmoney Hesabla(WMR), Online Tərcümə, Tapmacalar, Bürc-il Yoxla, Doġum gününü hesabla, Ideal çekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Silinmiş şəkillərin geri qaytarılması, Wap+Web Skaner, Domen Yoxla, IP Axtar, Qrab Yarat, Kodlaşdırma, Simvol Kodları, Hərf Kodları, Rəng Kodları, Saytın şəklini çek, Telefon modelini dəyiş, Smayl düzəlt, Icon düzəlt, Button düzəlt, Lətifələr, Qurani Kərim - Səsli(Azərbaycanca), Qurani Kərim - Səsli(Türkcə), Qurani Kərim - Səsli(Rusca), Qurani Kərim - Səsli(Ərəbcə), Nağıllar, Dərman Axtar(Qiyməti), Tanınmış Simalar, Maraqlı Məlumatlar, Moda - Gözəllik, Sağlamlıq, Ailə və Uşaq, Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin, Show Biznes, Qarışıq Xəbərlər, Online Foto, Ən Son Xəbərlər, Koronavirusla Mübarizə Testi
xml | xml2 | html | ror | wikipedia | media

©Tatli.Biz 2010-2021