Qədim toy adətləri

Qədim toy adətləri


Oğul toyu, qız toyu görəsən”, – xeyirxah adamlar, dostlar, qohumlar belə xeyir-dua verər, belə dilək edərdilər bir-birinə. Payız olanda isə bu diləklər, arzular çin olardı. Toylar başlardı, elçilər ayaq açardılar qız qapılarına. “El köçüb, adət köçməyib” – deyərək sözə başlatdılar. Niyə belə deyərdilər, el də yerində idi, adətdə yerində idi. Heç kəs dərindən mənasına məhəl qoymazdı. Qədimdən bəri bu sözlər dildə-ağızda gəzər, öz hökmünü göstərərdi.

Yaşlı qocalar belə nəql edərdilər ki, qədim zamanlarda hər tayfanın doqqazında – çadırına, alaçığına, binəsinə yaxın böyük daşlar qoyurlarmış. Elçi daşları adlanarmış bu daşlar. Elə ki, bir el ağsaqqalı, ağbirçəyi gəlib oturdu bu daşın üstündə, daş sahibi başa düşərdi ki, “döyülən qapı” onunkudur. Tayfada bir neçə ərgən-yeniyetmə qız olanda maraq daha da artarmış. Görəsən yenə hansı qızın baxtı açılıb, parlayan bəxt ulduzu kimindi? Qohumlara-qonşulara tez xəbər yayılardı. Adətən belə elçilər axşam üstü gələrdi. Tayfanın ağsaqqalları, ağbirçəkləri tərəfındən hörmətlə qarşılanar, evə dəvət olunardı. El arasında belə ilk görüşə “ağız aramaq” da deyərdilər.

İlk görüşdə razılıq verilməzdi. Qızın nənə-babası, tayfa ağsaqqaları müəyyən bəhanələr gətirər (qızın uşaq olması, qohum-əqrəbanın fıkrinin öyrənilməsi və s.) elçini qaytarardılar. Elçilər bir neçə gündən sonra bir nəfər deyil, bir neçə nəfər yenə gələrdilər. Hətta elə vaxtlar olurdu ki, bu get-gəl, ayaq döymə aylarla çəkərdi. Nəhayət razılıq alınar, elçilərə şirin çay və ya bal şərbəti verilərdi. Və qıza ilk hədiyyə olaraq kalağay bağışlanardı. Bir neçə gündən sonra isə 10-15 nəfərin iştirakı ilə nişan taxılar, qıza üzük, başqa hədiyyələr verilərdi. Bu
[1] 2 3...12 >>
Cəmi 1275 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 68 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023