Qədim toy adətləri

Qədim toy adətləri


gətiriləndə onu bəylər müşayiət edər, əvvəlinci cərgədə əli şamlı qızlar, sonrakı cərgədə isə bəy duran əli şamlı oğlanlar gedərdi. Qız oğlan evinə gələndən sonra sağdışların və soldışların səlahiyyəti bitərdi.

Elə ki, qız oğlan evinə çatdı, qaynana qızın ayağının altına boşqab atardı, qız faytondan düşən kimi ayağı ilə boşqabı sındırardı. Daha sonra qapıda bir müddət qara zurna məhəlləni başına götürər, qohumlar, qonşular sıra ilə oynayar, ortaya qaynata, qaynana çıxarılardı. Onlar oynayarkən başlarından şabaş tökülərdi. Gəlin bəy evinə girən zaman ayağının altında erkək kəsilər, o, ayaqlarını qana bulardı. Yaşlılar xeyir-dua verərdilər. Gəlinin başından aşağı çəngə ilə pul, konfet, şirniyyat, qənd tökərdilər. Körpə uşaqlar bir-birinə dəyə-dəyə yığardılar.

Bəy otağının yanında oğlan və qız yengəsi səhərə kimi gözlər, səhər qızın bəkarətli olmasına şahidlik edər, ata-anaya, qaynanaya, qaynataya göz aydınlığı verərdilər. El adətinə görə, qiz köçəndən sonra bir neçə gün ata evindən qıza xüsusi yemək hazırlanıb göndərilərdi.

Toy valideynlərin arzu etdiyi kimi, ürək dolusu sevinciə başa çatdıqdan sonra ata-analar sazandalara – qara zurnada 6 gün 6 gecə fasiləsiz gözəl el havalarını xüsusi zövqlə ifa edən Sadix və Vəli kişiyə, dəfı özünə, özü dəfinə yaraşan Kaxı Məhəmmədin oğlu Əhmədə razılıqlarını bildirib, xüsusi hədiyyələrlə yola salardılar.

Bu el toyunun bir tərəfi idi. İkinci və daha maraqlı tərəfi aşıq məclisləri idi
<< 1... 10 11 [12]
Cəmi 1291 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 73 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024