Qədim toy adətləri

Qədim toy adətləri


hədiyyələr içində mütləq güzgü olmalı idi. Güzgü xoşbəxtlik rəmzi hesab edilirdi. Uzun müddətli get-gələ səbəb isə adətən qız və oğlanın yad tayfadan olması zamanı yol verilirdi. Əksər hallarda oğlanı qohumdan evləndirərdilər. Əmiqızı, dayıqızı, xalaqızı və s. kənara çıxmazdılar. Belə deyərdilər ki, yaxın qohumların nigahını göydə mələklər kəsib. Bir də belə bir fıkir vardı ki, “süddü qoyun sürüdən çıxmamalıdır”, başqasına qismət olmamalıdır. Oğlumuz da var, qızımız da var, yad qapılan döyməyə ehtiyacımız yoxdur.

Qızın da yaxşı, pis olmasını bilmək üçün müyyən meyarlar mövcud idi. El arasında çox zaman ”anasına bax, qızını al” deyərdilər.

Qızı ata-ana seçərdi. Oğlanın, qızın rəyi çox zaman nəzərə alınmazdı. Yad tayfadan qız alanda qızın qoçaqlığı, ata-anasnın rahat, sakit, xeyirxah adam olması əsas sayılardı. “Filankəsdə bir qız var, dili-ağzı özündə, yıxılı evin dirəyidi” deyə ağız dolusu“ təriflənərdi.

Yaxın qohumlar arasında, xüsusən gənc ailələrdə sövdalaşmaya da tez-tez rast gəlmək olardı. Belə sövdalaşma – əhdi-peyman əsasən hər iki ailədə uşaqlar dünyaya gəlməzdən qabaq bağlanardı. Şərtlə-şərdilər ki, kimin qızı olsa dostunun və ya qohumunun yeni dünyaya gələn oğluna versin.

Belə qohumlaşmaya el arasında “deyikli”, “ad etmə”, ya da ‘beşik kərtmə” deyərdilər.

Qız 13-14 yaşa çatan kimi nişan taxılar, sonra da təzə qohumlar arasında gediş-gəliş başlardı. Bütün bayramlarda nişanlı qızın adı anlardı. Toy mərasiminə qədər iki dəfə qıza paltar aparardılar. Dəbdəbə ilə qız evinə qarpız, yemiş, üzüm verilərdi. Kəndə səs yayılardı ki, fılankəsin qohumları qız evinə 30-40 səbət üzüm aparıb. Nişanlı oğlan və qız evləri Novruz bayramını səbirsizliklə gözlər
<< 1 [2] 3 4...12 >>
Cəmi 1284 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 56 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024