Qədim toy adətləri

Qədim toy adətləri


və xüsusi hazırlıq görülərdi. Elə ki, bayram gecəsi oldu, oğlan ətrafına tay-tuşunu yığar, məhəllədə, tayfada olan gənclər ya müxtəlif, növ-növ şirnyyatdan yaylıq bağlar, ya da boğazına qırmızı kalağay bağlanmış əmlik quzu aparılardı.

Gənclər qız evinə çatanda parta-part tüfəngdən atəş açar, qız evinə xəbərdarlıq edərdilər.

Toydan qabaq nişanlı oğlan və qızın bir-biri ilə görüşməsinə, söhbət etməsinə yol verilməzdi. Onlar uzaqdan-uzağa bir-birilərini görə bilər, yaxud da oğlan öz bacısından qıza sifariş göndərər, ürək sözlərini çatdıra bilərdi. Uzaqdan-uzağa oğlanla qızın göz–qaş işarəsi zamanı bəzən ciddi anlaşılmazlıqlar da olurdu. 70-80 il bundan əvvəl 80 yaşını keçmiş rəhmətlik nənəm Səkinə gənclərə belə bir məzəli əhvalat danışardı və deyərdi ki, yaxın qonşumuz və qohumumuz olan Məmmədhəsən öz əmisi qızı Səkinəyə nişanlı idi və onların yaxından görüşməsinə imkan verilmirdi. Bir gün təsadüfən Məmmədhəsən uzaqdan damın üstündə duran Səkinəni görür. Qız əvvəlcə Məmmədhəsənə gözlə-qaşla nə isə demək istəyır. Sonra qız iki əlini boğazının altına tutur və oğlana işarə edir. Məmmədhəsən nişanlısının bu hərəkətlərindən bərk qəzəblənir. Dərhal evə qayıdır. Nişanlısından imtina etdiyini anasına bildirir. Anası səbəbini soruşur, oğlan bildirir ki, bu gün təsadüfən uzaqdan qızı görüb, qız əli ilə ona işarə edib və iki əlini boğazının altına tutaraq bildirib ki, boğazının altından yara sallansın, sonra da başına qaralayıb. Məmmədhəsənin anası əvvəl təşvişə düşür, qızın yanına adam göndərir. Məlum olur ki, qız işarə ilə oğlana demək istəyib ki, ona o zaman dəbdə olan muncuqdan hazırlanmış boyunbağı alsın. Bu hadisə 150-160 il bundan əvvələ aid olsa da, o dövr nişanlı
<< 1 2 [3] 4 5...12 >>
Cəmi 1288 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 114 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024