Azərbaycanda toy adət ənənələri

Azərbaycanda toy adət ənənələri


gəlinləri “gəlinin” “bacılığı”gilə yollanırlar. Çünki elçi gələndə qız evdə oturmaz. Onlar qıza mübarək deyir və evə gətirirlər.

Bəlgə və ya kiçik nişan
Qızın “hə”sini aldıqdan sonra uzağı bir aya qıza “bəlgə” deyilən kiçik nişan gətirirlər. Yenə də əvvəldən qız evini xəbərdar edirlər. Bu məclisdə iyirmi beş, otuz nəfərə yaxın adam iştirak edir. Burada ən çox qızın rəfiqələri, tay-tuşları olur. Onlar bəzədilmiş stolun arxasında, qızın dövrəsində əyləşirlər.
Oğlan evi gəlir, özləriylə bir nişan üzüyü, bir yaylıq və şirniyyat gətirirlər. Məclis başlanmamış oğlanın bacısı, qardaşı, gəlinləri və ya atası üzüyü qızın barmağına taxır, yaylığı çiyninə salır və bir şirni götürüb qıza dişlədir, yarısını isə götürüb oğlana gətirirlər.
Sonra hamı ağzını şirin eyləyir. Yeyib – içib şənlənirlər. Oğlan evi gedəndən sonra qızların məclisi başlanır. Nişanlanmış qız bir – bir sağ əlini subay qızların başına qoyur. Sonra durub yerini verir qızlara. Bir də qız üzüyünü kimə birinci versə, deyirlər indi növbə onundur, o, gedəcək.
Sonra qızlar evə gedəndə özləri ilə şirniyyat aparırlar. Gecə yatanda isə iki eyni cür nişan şirnisindən qoyurlar balışın altına. Deyirlər ki, onda gedəcəyi oğlanı yuxuda görürlər.

Böyük nişan
Bəlgədən bir neçə ay sonra böyük nişan gətirirlər. Buna oğlan tərəfi çoxdan hazırlaşmış olur. Nişanda qız üçün hər nə lazımdır alıb gətirirlər. Təkcə ayaqqabıdan başqa. Deyirlər ki, ayaqqabı darlıqdır. Onu da alırlar. Ara günlərdə qaynana qızın yanına gələndə gətirir.
Nişanda bütün xərci çox vaxt oğlan evi göndərir. Ət, yağ, un, düyü, göyərti, bir sözlə, soğandan başqa hər şey. Soğan acılıqdır.
Oğlan evi nişanı qırmızı lentlə bəzədilmiş
<< 1 2 [3] 4 5...8 >>
Cəmi 934 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 110 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024