Azərbaycanda toy adət ənənələri

Azərbaycanda toy adət ənənələri


xonçalarda və çamadanlarda gətirirlər.
Hamı yeyib – içib, şənlənəndən sonra süfrə yığışır. Qızı oturdurlar yuxarı başda. Qabağına güzgü qoyurlar, şam yandırırlar. Xonçaları da düzürlər dövrəsinə. Nəmər verildikdən sonra oğlanın bacısı başlayır gətirilən şeyləri nümayiş etdirməyə. Oturanlar da bir ağızdan “mübarəkdir” söyləyirlər. Sonra nişanda gəlmiş ətirlərdən birini götürüb, verirlər oturanlara, hamı onunla ətirlənir.

Bayramlıq
Toya qədər bütün bayramlarda qıza bayramlıq gətirirlər. Bunlardan ən maraqlısı Novruz bayramlığıdır. Ya axır çərşənbə, ya da bayram axşamı gəlinə bayramlıq gətirirlər. Burada qıza qırmızı rəngli paltar, ya yaylıq, bir zinət, başına xına qoyulmuş buynuzlu qoç gətirirlər. Bundan başqa, şəkərbura, paxlava, qatdama, qoz – fındıq, innab, xurma ilə dolu xonçalar, şamlarla bəzədilmiş səməni və səbətlər gətirirlər. Gəlinin başına, əlinə, ayağına xına qoyurlar.

Kəlmələşmə
Oğlanın ağsaqqalı qız evinə xəbər göndərir ki, sabah danışığa gəlirik.
Səhərisi gün oğlan tərəfdən əmi, dayı, ata və başqa yaxın adamlar, qohumlar iştirak edirlər.
Bu məclisdə çox vaxt kişilər iştirak edir. Burada bəzən qızın rəfiqəsinin və oğlanın dostunun ataları da iştirak edir.
Danışıqda toy günü təyin olunur. Toyda xərci oğlan evi verir. Bəzən qız atası xərc istəmir. Ancaq oğlan evi qız toyuna bacardığını göndərir. Danışıb razılığa gələndən sonra bir – birlərinə xeyir dua verib ayrılırlar.

Paltarbiçdi
Toydan əvvəl qız evində paltarbiçdi olur. Bu mərasimdə ancaq qadınlar iştirak edir. Gəlinə xonçalar gətirilir, şənlik düzənlənir. Qohum - əqraba qıza alınan hədiyyəni göstərər, sonra xüsusi kiçik torbalarda hazırlanmış şirniyyatdan götürürlər. Sonra qızın bacısı gəlinin ata evindən
<< 2 3 [4] 5 6...8 >>
Cəmi 965 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024