Azərbaycanda toy adət ənənələri

Azərbaycanda toy adət ənənələri


yanına gəlir. Onun əllərinə, ayaqlarına xına qoyur. Sonra da məclisdəkilərin qabağına gətirir. Hamı xına qoyub, nəmər salır.
Qızlar “xınayaxdı”da olanda oğlanlar oynayıb, şənlənirlər. Bu vaxt qız tərəfdən bir nəfər “ikirəngli” çay gətirib qoyur bəyin və dostlarının qabağına. Onlarda çayı içib, boş nəlbəkiyə nəmər qoyurlar.
Qızlardan biri xına gətirir. Oğlanlar da çeçələ barmağını xınaya batırırlar.

Kəbinkəsdirmə
Kəbinkəsdirmə toy günündən bir neçə gün qabaq olur. Kəbini adətən molla kəsir. Bu mərasimdə hər iki tərəfdən iştirak edir. Hər tərəfdən bir nəfər şahid olur. Mollaya pul, bir kəllə qənd pay verirlir.
Kəbinkəsdirmədə hər iki tərəfin yaxın adamı, həmçinin qız və oğlan iştirak edirlər.

Toy
Əvvəllər kəndlərdə üç gün toy olarmış. Mərasimə yığışan hər kəs yeni evlənənlərin şəninə təriflər deyir, ürək sözlərini söyləyir və şənlənirlər. Toy günü bəylə-gəlinin nikaha girməsi vacibdir. Əvvəllər bəyin yanında sağdışı ilə soldışı oturardı. Oğul anası onlara hədiyyə verərdi. Bəy toy mağarına gecikəndə kim onun yerində otursa hədiyyə alar.
Bəyi və ya gəlini öz toyunda oynadırlar. Deyilənə görə, bəy və ya gəlin öz toyunda oynayanda bolluq və ucuzluq olar.

Gəlin aparma
Azərbaycan xalqının ən qədim havası olan “Vağzalı”nın sədaları altında oğlan evi qız evinə gəlir. Onlar oynaya – oynaya, oxuya – oxuya deyirlər:
Al almağa gəlmişik,
Şal almağa gəlmişik.
Oğlanın adamıyıq,
Aparmağa gəlmişik.
Gəlin olan otağın qapısı bağlı olar. Bəy atası xələt verməyincə qız evi gəlini otaqdan çıxmağa qoymur. Gəlin evdən çıxmamış ata – ana xeyir – dua verər. Qayını gəlinin belini qırmızı yaylıqla bağlayır. Gəlinin başına duvaq atırlar. Həyətdə iri tonqal qalayıb ətrafında gəlini
<< 1... 4 5 [6] 7 8 >>
Cəmi 947 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 188 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024