Bəlkə bir gün qayıdarsan

Bəlkə bir gün qayıdarsan


Bu gün geriyə baxmaq istədim.
Bağladığım bir kitabı yenidən vərəqləmək istədim...
Səni xatırlamaq istədim.
Hüzün dolu göz yaşlarım axsın
istədim,səssiz,səmirsiz,səbəbsiz...
Geriyə dönmək əlimdə olsaydı təqvimlərin vərəqlərini
cırardım tək-tək.
Qaytarardım geriyə səni, sənlə keçən günləri.
Bircə gülüşün üçün dünyaları verərdim.
Baxışında qeyb olub gedərdim.
Dünya mənimdi deyərdim..Aradan bu qədər zaman keçdi,
amma mən hələ də eyni yerdəyəm.
Nə geriyə dönə bilirəm, nə də irəliləyə bilirəm.
Səni unuda bilmirəm, sevdiyim.
Səni silə bilmirəm həyatımdan, ürəyimdən...
Nə yaxınlaşa bilirəm sənə,nə də uzaqlaşa bilirəm
səndən.
Bəlkə də özüm istəmirəm bunu...
Bir dünyam vardı , içində yalnız mənim və sənin
olduğun.
Getdiyin gün yıxıldı dünyam.
Bu dünyanı qurarkən bir şeyi unutmuşam.
Xəyallar heç vaxt gerçək olmur...
Amma heç nəyə baxmayaraq mən səni hələ də eyni
sevgiylə sevirəm.
Bəlkə də səninçün mən çoxdan öldüm,
amma mən səni yaşadacm qəlbimdə sonsuza qədər.
Boş qalacaq ürəyim, səndən başqası
əsla olmayacaq, söz verdim sənə ölənə qədər...
Cəmi 2270 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 57 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023