Uşaqlar üçün nağıllar.Hər zaman doğru danış

Uşaqlar üçün nağıllar.Hər zaman doğru danış


Mən otaqda balaca itim Toplanla oynayırdım. Toplan stolun altına girmişdi. Mən isə stulda oturub yırğalanırdım. Birdən stul aşdı, mən stolun üstündəki örtükdən yapışdım. Stolun üstündə boşqablar var idi. Onların hamısı yerə tökülüb sındı. Səsə anam gəlib soruşdu:



- Boşqabları kim sındırdı?



Mən Toplanı göstərdim, o ..... o.... sındırdı.


- İt necə sındıra bilər?



- O , örtüyü dartdı və boşqablar yerə tökülüb sındı.



Anam qapını açıb itimi bayıra atdı. Gecə yağış yağdı, şimşək çaxdı. Güclü külək əsdi. Toplan zingildəyərək qapını cırmaqlamağa başladı. O evə girmək istədiyini bildirirdi. Mənim Toplana çox yazığım gəldi. Ağlaya-ağlaya anamın yanına qaçıb dedim:



- Ana, ana, qabları mən sındırmışam. Xahiş edirəm, itimi evə burax.



Anam qapını açıb, iti içəri buraxdı. Mən çox utanırdım. Öz-özümə söz verdim ki, bir də yalan danışmayacağam.
Cəmi 665 nəfər oxuyub
Bəyənən (147) | Bəyənməyən (136)
Dostlarınla Paylaş

Saytda 39 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024