Bu gün 5 məqalə əlavə olundu
Geniş Kitabxana
Uşaqlar üçün nağıllar.Kompüter oyunu
Toğrul məktəbdən gələn kimi çantasını bir tərəfə atıb kompüteri yandırdı. Həvəslə oyun oynamağa başladı. Saatlar keçdi, Toğrul isə kompüterdən əl çəkmirdi. O, hərdən əllərini bir-birinə vurub bərkdən gülür, hərdən qışqırırdı.



Birdən Toğrul acıqlı bir səs eşitdi: “Bəsdir daha! Bu qədər oynamaq olar?! Mən artıq yorulmuşam!” Toğrul qorxdu.



– Kimdir o?! – Toğrul həyəcanlı səslə dilləndi.



– Tanımadın? Mənəm, sənin kompüterin!



Toğrulun gözləri böyüdü. Doğrudan da, kompüter əllərini belinə qoyub hirsli-hirsli ona baxırdı...



Toğrul qorxa-qorxa soruşdu:



– Bu necə olur? Axı kompüter danışa bilməz.



– Bəli, elədir. Amma mən daha dözə bilmədim! Nə qədər oynamaq olar? Bəs sən dərslərini nə vaxt oxuyacaqsan?



Qapı açıldı. Toğrulun anası içəri girdi. Ona boşqabda meyvə gətirmişdi. Toğrul anasının yanına qaçıb kompüteri göstərdi, kəkələyə-kəkələyə dedi:



– Bax, ana, kompüterə bax!



Amma anası təəccüblü heç nə görmədi. Kompüter səssizcə öz yerində durmuşdu, ekranı da sönmüşdü.



– Afərin, oğlum! Kompüteri söndürmüsən ki, dərslərini oxuyasan. Bax həmişə belə ol!



Toğrul ayaqlarını sürüyə-sürüyə dərslərini oxumağa getdi.
Cemi 26 nefer oxuyub
Beyenen (6) | Beyenmeyen (4)
Paylaş:
Hekayələr
Dostlarınla Paylaş

Uşaqlar üçün nağıllar.Kompüter oyunu - Hekayələr
Uşaqlar üçün nağıllar.Kompüter oyunu məqaləsini oxumaq üçün daxil olun
Uşaqlar üçün nağıllar.Kompüter oyunu, Hekayələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus

Saytda 148 nəfər
xml | xml2 | html | ror
©Tatli.Biz 2010-2021