Uşaqlar üçün nağıllar.Papaqçı meymunlar

Uşaqlar üçün nağıllar.Papaqçı meymunlar


Hindistanın ucqar kəndində bir papaqçı yaşayırdı. O, həsir papaqlar toxuyur, sonra da onları aparıb şəhərdə satırdı.



Bir gün səhər o, papaqları zənbilə yığıb şəhərə yollandı. Onun yolu qalın meşədən keçirdi. Papaqçı xeyli gedib yoruldu. Bir ağac dibində otluq yer tapıb uzandı ki, dincini alsın. O dəqiqə də yuxuya getdi.



Sən demə, bu meşədə çoxlu meymun yaşayırmış. Papaqçının yatdığını görən meymunlar ağaclardan enib ona yaxınlaşdılar. Zənbili açıb papaqları götürdülər. Əcaib səslər çıxara-çıxara yenidən ağaclara dırmaşdılar.



Papaqçı səs-küyə oyandı, baxdı ki, meymunlar papaqların hamısını götürüblər, bircə öz başındakı papaq qalıb. O, hirsindən əl-qolunu oynada-oynada meymunları hədələdi:



– Yaramazlar! Qaytarın mənim papaqlarımı! Axı papaq nəyinizə lazımdır?! Mən bu papaqları satıb pul eləməsəm, ailəm acından ölər.



Meymunlar onun səsinə səs verib çığırışdılar. Papaqçı yerdən bir budaq götürüb meymunlara tərəf atdı. Bunun cavabında meymunlar ağacdan əllərinə keçən meyvəni, budağı qoparıb ona atdılar.



Papaqçı hirsindən az qalırdı ağlasın. Nə edirdisə, meymunlar onun hərəkətini təkrarlayırdılar. Axırda o, papağını başından çıxarıb yerə çırpdı və bərkdən qışqırdı:



– Sizi görüm lənətə gələsiniz! Alın mənim papağımı da, gözünüzə soxun!



Elə bunu demişdi ki, bir də gördü meymunlar öz dillərində nə isə qışqırıb əllərindəki papaqları yerə atdılar. Papaqçı başa düşdü ki, meymunlar bayaqdan onun hərəkətlərini yamsılayırmış.
Cəmi 606 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 137 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024