Böyrək agrısının təbii mualicəsi

Böyrək agrısının təbii mualicəsi


sancısı ola bilər.

Böyrək sancısı necə yaranır ?
Sidik axarı mənfəzinə düşən hər hansı bir maneənin təsiri nəticəsində sidiyin böyrək ləyənindən sidik axarı vasitəsilə sidik kisəsinə boşalması pozulur. Böyrəkdə isə sidyin əmələgəlmə prosesi davam etdiyi üçün, əmələ gələn sidik, sidik axarı vasitəsilə sidik kisəsinə axa bilmir. Ona görə də sidik axarının maneədən yuxarı hissəsində yığılaraq həm sidik axarını, həm də böyrək ləyənini və kasacıqlarını genişləndirir. Nəticədə isə həm sidik axarı, böyrək ləyəni və kasacıqları sidiklə dolaraq gərginləşir. Bu isə şiddətli ağrıya səbəb olur.

Sidik axarı əzələvi orqandır. Mənfəzinə hər hansı maneə düşdükdə onu qıcıqlandırır. Bu qıcığın təsirindən o daha güclü yığılır ki, mənfəzindəki maneəni daha tez xaric etsin. Bu isə öz növbəsində sidik axarı mənfəzinin daha çox daralmasına və sidiyin axmasınan daha da çətinləşməsinə səbəb olur və ağrı güclənir. Sidik axarı spazmını azaltdıqda isə sidiyin sidik axarı divarı ilə onun mənfəzinə düşmüş maneənin arasından sızması mümkün olur və böyrəkdəki gərginlik azalır, nəticədə isə ağrı azalır.

Böyrək sancısı müalicə, böyrək daşının səbəbi, böyrəkdə duzlar, kristallar, böyrəkdə genişlənmə, uroloq Ziyad Əliyev Bakı Azərbaycan.

Böyrək sancısı zamanı böyrəkdə genişlənmə.
Əgər sidik uzun müddət böyrək ləyənində və kasacıqlarda toplanaraq oranı gərginləşdirərsə nə olar ? Sidik axarının keçiriciliyi bərpa olunmazsa toplanmış sidiyin böyrək ləyənindən və kasacıqlardan geriyə, qana sorulma prosesi baş verir. Buna pielovenoz reflüks deyilir. Nəticədə böyrək qan dövranı pozulur, böyrəyin parenximası ( funksional toxuması – ətli hissəsi ) zədələnir, xəstədə ümumi intoksikasiya əlamətləri
<< 1 [2] 3 4 >>
Cəmi 690 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 118 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024